BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
70464

2009-cu ildən bəri səssiz və sabit şəkildə fəaliyyət göstərən onlayn vizual axtarış platforması olan "Pinterest" nəhayət texnologiya nəhənglərinin diqqət mərkəzinə düşüb. 

Valyuta.az xəbər verir ki, bunun açıq sübutu isə "Google" şirkətinin "Pinterest" alternativi üzərində işlədiyinin üzə çıxmasıdır.

"Pinterest" sosial medianın sürətli və bəzən səthi məzmun axınından kənarda qalaraq sadiq istifadəçi bazası tərəfindən sakit şəkildə istifadə olunmağa davam edir. Rəqəmsal "vizual ov" platforması funksiyasını yerinə yetirən bu xidmət artıq texnologiya nəhənglərinin maraq dairəsinə daxil olub.

İndiyədək hər platformanı "TikTok" tərzində, qısa və keyfiyyətsiz məzmunla dolduraraq reklam bataqlığına çevirən və istifadəçiləri istəkləri xaricində reklamla qarşılaşdıran şirkətlərin indi də "Pinterest" istifadəçilərini hədəfə aldığı deyilir. Çünki məlum olub ki, "Google" bu platformaya bənzər yeni bir tətbiq üzərində işləyir. Həmin yeni layihənin yaxın günlərdə keçiriləcək I/O 2025 tədbirində təqdim olunacağı gözlənilir.

Bu yeni tətbiq istifadəçilərə etdikləri axtarışlara uyğun olaraq moda, daxili dizayn və oxşar sahələrdə ilhamverici vizual materiallar təqdim edəcək. İstifadəçilər bəyəndikləri görüntüləri mövzularda fərqli qovluqlara əlavə edə biləcəklər.

"The Information" bu xüsusiyyəti "Pinterest"ə bənzətsə də, funksional baxımdan "Cosmos" adlı daha sadə bir platformaya da yaxın ola biləcəyi vurğulanır. "Cosmos" istifadəçilərə vebdən saxladıqları məzmunları “klasterlər” (clusters) şəklində qruplaşdırmaq və bu məlumatları başqaları ilə paylaşmaq imkanı verir.

Məlumatda qeyd olunur ki, "Google" bu cür "Pinterest" alternativi inkişaf etdirərək, ticarət yönümlü axtarışlardan əldə etdiyi reklam gəlirlərini qorumağı hədəfləyir. Şirkətin bir rəhbərinin daha əvvəl məhkəmədə verdiyi ifadəyə əsasən, “ChatGPT” kimi süni intellekt alətləri ev tapşırıqları və riyaziyyat kimi sahələrdə istifadəçiləri "Google"dan uzaqlaşdırır. Bu tip axtarışlar birbaşa reklam gəliri gətirməsə də, "Google" gələcəkdə kommersiya məzmunlarının da süni intellekt platformalarına keçə biləcəyini proqnozlaşdırır. Buna görə də şirkət, istifadəçiyə daha vizual və cəlbedici axtarış təcrübəsi təqdim etməklə reklam gəlirlərini qorumağı qarşısına məqsəd qoyur.

"Pinterest"ə bənzər bu yeni tətbiqə əlavə olaraq, "Google"un I/O 2025 tədbirində təqdim etməsi gözlənilən digər yeniliklər aşağıdakılardır:

Yazılım inkişafı həyat dövrü agenti: Proqramçılara kod yazarkən səhvləri aşkarlamağa və ya təhlükəsizlik boşluqlarını müəyyən etməyə kömək edəcək süni intellekt aləti.

* “Gemini AI”nin Android XR eynək və başlıqlara səsli inteqrasiyası: Bu xüsusiyyət vasitəsilə istifadəçilər “Gemini AI” ilə səsli əlaqə qura biləcəklər.

* “Gemini Live”ın Chrome masaüstü brauzerinə inteqrasiyası: Bu yenilik sayəsində brauzer üzərindən canlı süni intellekt qarşılıqlı əlaqəsi mümkün olacaq.

* "Google I/O 2025" tədbiri bu il 20 may tarixində başlayır və bütün təqdimatlar anlıq olaraq izlənəcək.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

"Azercell" bütün internet paketlərinin QİYMƏTİNİ qaldırdı

"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

“Sumqayıt Bulvar” yenə Nigar Bağırovadan gül alır – Bu dəfə 145 min manatlıq

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bu ölkə atdığınız hər addımı enerjiyə çevirir

Ali Məhkəmədən müflisləşmə ilə bağlı mühüm QƏRAR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı qalxacaq

Neftin 75, qazın 51 faizi Avropaya satılıb

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Onlar universitetə imtahansız qəbul olacaqlar - DİM çağırış etdi

“Meta”da süni intellekt bu işi insanların əlindən aldı

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Hazır startap satışa çıxarılıb - QİYMƏT

İstanbul - Naxçıvan aviareysi üzrə uçuşlara başlanıldı

“Yeni təkər bazarı” yanır

Onlayn, yoxsa ənənəvi mağaza - Hansı sərfəlidir?

"Bitcoin" və altcoinlərin qiyməti artıb

Türkiyə lirəsi və avro bahalaşıb, rubl ucuzlaşıb

Bildiyimiz sistemin bilmədiyimiz adı – Ekvayrinq nədir? - SƏHƏR OXUSU

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin