
08.05.2025 / 17:41
Bu şirkətin rəhbərinə “stop” qoyuldu
70149
“Vector Rehub” şirkətinin rəhbərinin ölkədən çıxışına məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimova qətnamə qəbul edib. “Vector Rehub” MMC-nin vergi borcu olduğu üçün Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Ərizədə borc ödənilənədək şirkət rəhbərinə “stop” qoyulması xahiş edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, “Vector Rehub” şirkətinin 1086,38 manat vergi borcu var. Bu şirkətin qanuni təmsilçisi İslamov Ceyhun Rəhim oğludur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay