BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
70095

Məlum olduğu kimi, ötən il Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətini tənzimləyən yeni qaydalar qəbul edilib. Əsasən qısamüddətli və kiçik məbləğli gündəlik istehlak kreditlərinə şamil olunan bu qaydalarda ilk dəfə “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.

Yeni qaydalara əsasən, gündəlik kredit məhsullarının parametrləri də dəyişib. Belə ki, artıq kredit məbləği 500 AZN-dək olmalıdır. Bu zaman gündəlik faiz 0.3%-dən çox olmayaraq, maksimum 45 gün üçün nəzərdə tutulur. Gecikmə faizi (maksimum 30 günə qədər) isə gündəlik 0.6%-dir. 

Komissiya haqlarında məhdudiyyət olmasa da, ümumi gəlir məbləğin 100%-ni keçə bilməz. Kreditin uzadılması mümkün deyil, bağlandıqdan 3 iş günü sonra yenidən müraciət etmək mümkündür.

Bu riskli bazarda kimlər var? 

Təbii ki, BOKT-ların maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar geniş maliyyə imkanları sayəsində nisbətən aşağı faizlə kredit verə bilirlər. Lakin bankların imtina etdiyi şəxslər ən çox BOKT-lara müraciət etməyə məcbur olurlar. Hazırda sözügedən bazarda ən iri iki payçı “Azpulmat” ticarət markası adı altında “Azpul” MMC və “SF Azerbaijan BOKT” MMC ticarət markası adı altında “Manato”dur.  

Lisenziyanı ilk alaraq bazara daxil olan təşkilat “Azpul”dur. MMC Mərkəzi Bank tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli BKT-34 lisenziyası əsasında fəaliyyət göstərir. Burada kredit məbləği 20-500 AZN arasında dəyişir. İlk 5 gün faiz hesablanmamaq şərti ilə 45 günlük müddətə gündəlik 0.3% faiz hesablanır. 

Maksimum 30 gün yubanma ilə, gecikmə faizi 0.6%-dən hesablanır. Qaydalarda qeyd edildiyi kimi, uzadılma imkanı olmayan kredit üçün yalnız o bağlandıqdan 3 iş günü sonra yenidən müraciət etmək mümkündür.

24.12.2021 tarixli, BKT-44 saylı lisenziya əsasında fəaliyyət göstərən Manato.az-da isə kredit 50 manatdan başlayır. Belə ki, 50-500 AZN arası məbləğ üçün müddət burada da 45 gündür. İlk gündən hesablanmağa başlayan gündəlik faiz 0.3-dür. Maksimum 30 gün gözlənti ilə bu şirkətdə də gecikmə 0.6%-lə hesablanır. Uzadılma imkanı yoxdur, yeni kredit üçün yalnız o bağlandıqdan 3 iş günü sonra müraciət edə bilərsiniz. 

Bəs vətəndaşlar üçün hansı daha sərfəlidir? 

Gəlin 100 AZN kredit üzrə fərqlərə baxaq:

Götürülən pul üzrə ödənişin 45-ci günü “Azpulmat”da 42%, 35-ci günü 34%, 25-ci günü 26%, 15-ci gün isə 18% hesablanır. 

Manato.az-da isə eyni məbləğ üzrə ödənişin 45-ci günü 41%, 35-ci günü 38%, 25-ci gün 35%, 15-ci gün isə 32% hesablanır. 

Adıçəkilən BOKT-lar arasında başqa fərqlər də var: “Azpulmat” həm veb-sayt, həm də Android/İOS mobil tətbiqləri vasitəsilə kredit təqdim edir. Müqavilənin imzalanması SİMA vasitəsilə tətbiqdə birbaşa həyata keçirilir. 

Manato.az isə yalnız veb-sayt üzərindən xidmət göstərir və bu halda istifadəçi SİMA-ya ayrıca qeydiyyatdan keçməlidir. 

Sadalananlardan belə nəticəyə gəlmək olar ki, əgər müştəri krediti tam 45-ci gün ödəyirsə, şərtlər təxminən eynidir. Lakin daha tez ödəniş edən müştərilər üçün “Azpulmat” müştərisi olmaq daha sərfəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Kəlbəcərə ilk köç olacaq

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Robotexnika startapı güclənir - "Nvidia" və "Samsung" sərmayə yatıracaq

Azərbaycanın şampun aldığı əsas ölkələr

Azərbaycanın şampun aldığı əsas ölkələr

Bu ayaqqabıya verəcəyiniz pul ayağınızı yerdən kəsə bilər - 28 milyonadır

Bank "BTB”də yeni təyinat

Daşınmaz əmlakla bağlı YENİLİK

Kriptovalyuta ilə ödəniş edən turistlərin sayı artır

Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq

“Apple” bu funksiyanı yenilədi - Uşaqlar icazəsiz yeni nömrəyə mesaj göndərə bilməyəcək

Avtobus zolaqlarında maşınlara minib-düşmək olacaq

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

“Billur Petrol” işçilərin hüquqlarını pozdu - Şirkətin rəhbəri cəzalandırıldı

Yasamalda restoran və iri tibbi mərkəzi kimi fəaliyyət göstərən obyekt satışa çıxarıldı - QİYMƏT

Yasamalda restoran və iri tibbi mərkəzi kimi fəaliyyət göstərən obyekt satışa çıxarıldı - QİYMƏT

"TuranBank" 33 yaşını qeyd edir®

"Snapchat"ın bu xidmətinə görə ödəniş etməli olacağıq

Bir kiloqramı 450 manata yerli çay

“Kosmik gəmi səhv tərcümə səbəbindən məhv olmuşdu” - 327 milyon dollarlıq itki

İran Azərbaycana qarpızın kilosunu 1,10 manata satıb

Qaz və işıqla bağlı yeni qanunlar nə vaxt qüvvəyə minəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin