BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
70082

Azərbaycanlı tələbə ABŞ-da ən böyük VR hakatonlarından birinə rəhbərlik etdi (FOTO)

ABŞ-ın aparıcı universitetlərindən biri olan Georgia Texnologiya İnstitutunda (Georgia Institute of Technology) təhsil alan azərbaycanlı tələbə İlkin Məmmədli Pərviz oğlu dünyanın ən böyük tələbə rəhbərliyində keçirilən virtual reallıq (VR) və yeni texnologiyalar üzrə hakaton tədbirlərindən biri olan "ImmerseGT 2025"in direktoru kimi diqqət mərkəzinə düşüb.

Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, gün ərzində keçirilən "ImmerseGT 2025" tədbiri 50-dən çox universitetdən və 10-dan çox ölkədən 350-dən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirib. Tədbir Georgia Texnologiya İnstitutunda baş tutub və müasir seminarlar, texnologiya nümayişləri, mentorluq sessiyaları və yenilikçi layihələrin təqdimatı ilə yadda qalıb. 

"ImmerseGT" bu il dünyanın ən böyük immersiv texnologiya hackathonlarından birinə çevrilib. 

"Immerse texnologiyanın universitetində və dünyada daha geniş yayılmasını görmək məni inanılmaz dərəcədə həyəcanlandırır. Belə qlobal bir təşəbbüsə Azərbaycanlı olaraq rəhbərlik etmək mənim üçün böyük əhəmiyyət daşıyır, bizim gəncliyin yüksək səviyyəli innovasiyalara rəhbərlik edə biləcəyini göstərməkdir", deyə İlkin Məmmədli bildirib.

İlkin Məmmədlinin rəhbərliyi altında "ImmerseGT" 50,000 ABŞ dollarından çox maliyyə vəsaiti, mükafatlar və texniki avadanlıq toplayıb. Tədbirə sponsorluq edən şirkətlər arasında "Snap Inc.", "Niantic", "MeshyAI" və "Georgia Tech CREATE-X" kimi milyard dollarlıq texnoloji nəhənglər yer alıb. Bu şirkətlər hələ ictimaiyyətə təqdim olunmamış texnologiyalarını bu tədbirdə nümayiş etdiriblər. "Major League Hacking", "Reboot Imagine", "GroKit", CELSIUS, AWE və VR/AR@MIT kimi qlobal tərəfdaşlar da tədbirin uğurunda mühüm rol oynayıblar.

"Hakatonlar saf innovasiya üçün bir mühit yaradır - burada üç gün ərzində müxtəlif təcrübələrə malik insanlar bir araya gələrək əməkdaşlıq edir və dünyanı dəyişə biləcək texnologiyalar qururlar", deyə İlkin Məmmədli bildirib.

İlkin Məmmədli həmçinin Georgia Tech-in VR tələbə təşkilatının prezidentidir və universitində sahibkarlıq və innovasiyanın inkişafında mühüm rol oynayır. Onun rəhbərliyi altında "ImmerseGT" VR və süni intellekt sahəsində qlobal miqyasda tanınan bir mərkəzə çevrilib və bir sıra layihələr startap investisiyası əldə edib.

Azərbaycan üçün İlkinin uğuru ölkənin qlobal innovasiya sahəsində artan rolunu nümayiş etdirir. VR və süni intellekt kimi texnologiyalar səhiyyədən təhsilə qədər bir çox sahəni yenidən formalaşdırdığı bir vaxtda, Azərbaycan gəncləri bu gələcəyə liderlik etməyə hazır olduqlarını sübut edirlər.

Qeyd edək ki, İlkin Məmmədli iş adamı və "Parni iz Baku" KVN komandasının keçmiş direktoru Pərviz Məmmədovun oğludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin