BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
70051

"Forbes Türkiyə" jurnalı dörd illik fasilədən sonra "Ən zəngin 100 türk" siyahısını yenidən dərc edib. 

Valyuta.az xəbər verir ki, maraqla gözlənilən siyahıda ümumi sərvəti 128,5 milyard dollar olan 108 nəfər yer alıb. 

"Forbes Türkiyə" 4 illik fasilədən sonra dərc etdiyi siyahıda uzun müddətdir birinciliyi qoruyan Murad Ülkeri 5,5 milyard dollarlıq sərvətlə yenidən zirvədə göstərib. Ülkəri COVID-19 dövründə hazırladığı vaksinlə tanınan və "BioNTech" şirkətinin sahibi olan Uğur Şahin izləyib. Şahinin sərvəti 4,8 milyard dollar olaraq açıqlanıb. Üçüncü pillədə 4,3 milyard dollarla Cəmil Kazancı yer alıb. Onu 4 milyard dollarla Eren Özmen və 3,8 milyard dollarla Fatih Özmen izləyib.

Siyahının diqqət çəkən məqamlarından biri də 45 yaşdan aşağı milyarderlərin sayının artması olub. Siyahıya 7 nəfər bu yaş qrupu üzrə daxil olub. Onlardan üçü "Koç" ailəsinin üzvləri - İpək Kıraç (40), Aylin Elif Koç (24) və Esra Çiğdem Koç (28) olub. "Yıldız Holding" ailəsindən Ahmət Özokur (44) və "Esas Holding" ailəsindən Kazım Köseoğlu (42) da siyahıda yer alan digər gənc adlardandır.

Bu adların əksəriyyəti ailələrinin qurduğu şirkətlərin varisləri olsa da, öz sərvətini özü qazananların sayı 59 nəfər olaraq göstərilib. Öz sərvətini yaradan 45 yaş altı iki şəxs isə xüsusilə fərqlənib: "Baykar Texnologiya" İdarə Heyətinin üzvü Selçuk Bayraktar (45) və "Nef" şirkətinin rəhbəri Erden Timur (42). 

Siyahıda 24-cü pillədə yer alan və "Baykar"ın digər ortağı olan Haluk Bayraktar (46) isə bu yaş qrupu üzrə sərvətini özü yaradan ən yaxın adlardan biri olub.

Gələcək illərdə öz təşəbbüsləri ilə sərvət qazanan gənclərin bu siyahıya daha çox daxil olacağı proqnozlaşdırılır.

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin