BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
70044

Əmək Məcəlləsinin 98-ci maddəsində gecə vaxtı yerinə yetirilən işlərə cəlb olunmasına yol verilməyən işçilərin dairəsi müəyyən edilib. Qanunvericiliyin bu tələbini  əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir: 

Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, yaşı 18-dən yuxarı olan şəxslər üçün axşam saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Məcəllənin 254-cü maddəsində isə göstərilib ki, axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir. Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli 1063-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinin 98-ci maddəsinə yeni məzmunda 3-cü hissə əlavə edilib: Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin fiziki qüsurlu uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər. Əmək Məcəlləsinin 242-ci maddəsi isə qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasını, habelə ezamiyyətlərinin məhdudlaşdırılmasını tənzimləyir. Həmin maddə əvvəlcə aşağıdakı məzmunda idi:

“1. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

2. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir”.

22 dekabr 2023-cü il tarixli 1063-VIQD nömrəli Qanunla 242-ci maddə yeni redaksiyada verilib:

“Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir”.

Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin əlilliyi olan uşağı övladlığa götürən qadınlara da şamil edilir.

Göründüyü kimi, müvafiq dəyişikliyə qədər gecə vaxtı yerinə yetirilən işlərə, yaşı 18-dən az olan işçilərlə yanaşı, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların da cəlb edilməsinə yol verilmirdi. Müvafiq dəyişiklikdən sonra isə yalnız yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir. Hamilə və 3 yaşınadək uşağı olan qadınlar isə həm öz razılığı, həm də uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilərlər.

©vergilər.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Kəlbəcərə ilk köç olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin