
Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırdı
Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib.
Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay