BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
70017

Son zamanlar bir sıra ölkələrdə sosial rifah məqsədilə pensiya yaşında olan vətəndaşlara dəstək tədbirləri gücləndirilib. Rusiya, Türkiyə və Gürcüstanda pensiyaçılara yönəlik atılan bu addımlar çərçivəsində onların kommunal xidmətlər üzrə yaranmış borclarının müəyyən faizi dövlət büdcəsi hesabına ödənməyə başlanılıb. Bu təcrübə xüsusilə aşağı gəlirli yaşlı insanların sosial yükünün azaldılması baxımından müsbət qarşılanır. 

Bəs görəsən, Azərbaycanda da oxşar bir sosial dəstək mexanizminin tətbiqi mümkün ola bilərmi?

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov News24.az-a açıqlamasında bildirib ki, kommunal borcların bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi cəhətdən səmərəli və davamlı həll yolu hesab edilə bilməz:

"Əgər problem pensiyaçıların gəlir səviyyəsinin aşağı olmasıdırsa, bu zaman əsas diqqət pensiya məbləğlərinin artırılmasına yönəldilməlidir. Qeyd edilən təcrübə, yəni pensiyaçıların kommunal borclarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi baxımdan ağlabatan bir yanaşma deyil. Əgər pensiyalar aşağıdırsa, bunu göstərmək və pensiya məbləğlərini artırmaq lazımdır. Əgər pensiyaçıya kommunal xərcin əvəzinə vəsait verilsə, o, bu pulu daha düzgün və ehtiyacına uyğun şəkildə xərcləyə bilər".

Ekspert onu da qeyd edir ki, kommunal xərclərdə edilən güzəştlər insanlarda istehlak davranışlarını mənfi yöndə dəyişə bilər. Belə hallarda vətəndaşlar resurslardan qənaətlə yox, daha məsrəfli şəkildə istifadə etməyə başlayırlar:

“Kommunal xidmətlərdə edilən güzəştlər insanlarda istifadə davranışını korlayır və israfa səbəb olur. Vətəndaş həmin pulu özü alsa, bəlkə də kommunal ödənişlərdən əlavə, başqa zəruri tələbatlarını qarşılayacaq. Ona görə də birbaşa dəstək daha səmərəlidir".

Elçin Rəşidov əlavə edir ki, mövcud sistemdə hər kəsə eyni səviyyədə dəstək göstərmək əvəzinə, ehtiyacı olan, gəlirləri aşağı səviyyədə olan pensiyaçıları fərqləndirmək və onlara hədəflənmiş yardım göstərmək daha məqsədəuyğun olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sumqayıtda abad məhəllələr yaradılır

"Bitcoin"in qiyməti bir az da düşdü - 104 min dollar oldu

Müasir qonaqpərvərliyin lüğəti -SƏHƏR OXUSU

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin