
06.05.2025 / 19:38
Şuşada 3 otelin sahibinin borcu var
70010
“Shusha Hospitality Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 mindən çox dövlət borcu var.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinə daha dəqiq 30 978.26 manat vergi borcu yaranıb.
Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Nurlan Abbasov Tofiq oğludur. “Shusha Hospitality Group” MMC 2021-ci ilin iyul ayında təsis edilib. Tərkibində “Qarabağ Hotel”, “Xarı Bülbül Hotel” və “Xarı Bülbül Rezidens” olmaqla 3 mehmanxana obyekti fəaliyyət göstərir. Bu hotellər Şuşa şəhərində yerləşir.
Sabiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay