BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69970

“Ford” şirkəti 2025-ci ildə rüsumların maliyyə nəticələrinə 1,5 milyard dollarlıq mənfi təsir göstərəcəyini bildirib

Valyuta.az xəbər verir ki, "Ford" şirkəti 2025-ci ilin birinci rübü üzrə gözləniləndən daha yaxşı maliyyə nəticələri açıqlasa da, ABŞ Prezidenti Donald Trampın avtomobil idxalına tətbiq etdiyi tariflərin mənfi təsirləri səbəbindən illik gəlir proqnozunu geri çəkib.

Şirkətin yaydığı bəyanatda qeyd edilir ki, avtomobil və avtomobil hissələrinin idxalına tətbiq edilən 25%-lik rüsumlar "Ford"un 2025-ci il üçün faiz və vergilərdən əvvəlki mənfəətinə (EBIT) təxminən 1,5 milyard dollar həcmində mənfi təsir göstərəcək. Şirkət bildirib ki, rüsumlardan əvvəl işlərin gedişi 7-8,5 milyard dollar aralığında planlaşdırıldığı kimi davam etsə də, yaranan qeyri-müəyyənliklər proqnozun saxlanmasını çətinləşdirir. Bu açıqlamadan sonra "Ford"un səhmləri birja sonrası ticarətdə 2,36% ucuzlaşıb.

“Şirkət rüsumlar, təchizat zəncirində mümkün pozuntular, ABŞ-d əlavə və ya yeni rüsumların tətbiqi, digər ölkələr tərəfindən qisas tədbirləri, vergi və emissiya siyasətindəki qeyri-müəyyənliklər səbəbindən proqnoz verməkdən imtina edir", – deyə bəyanatda vurğulanır.

Trampın avtomobil idxalına tətbiq etdiyi 25%-lik rüsumların "Ford"a digər istehsalçılar qədər təsir etməyəcəyi bildirilir. Çünki "Ford"un ABŞ-da satdığı avtomobillərin 80%-i ölkə daxilində istehsal olunur. Lakin avtomobil hissələrinə tətbiq olunan əlavə rüsumlar şirkətin maliyyə göstəricilərinə təzyiq göstərməkdədir.

Birinci rübdə "Ford"un gəliri 40,7 milyard dollar olub ki, bu da analitiklərin 36,75 milyard dollarlıq gözləntilərini üstələyib. Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 42,8 milyard dollardan aşağı düşüb.

Ford bildirir ki, aprel ayında satışlarda 19% artım müşahidə olunub. Qismən rüsumların qüvvəyə minməsindən əvvəlki alışlar da bu artıma təsir göstərib. Ümumilikdə, ilk rübdə satışlar 1,3% azalaraq 501 291 ədəd təşkil etsə də, pərakəndə satışlar 5% artıb. Bu artım əsasən yük avtomobilləri, yolsuzluq avtomobilləri (SUV) və elektrikli nəqliyyat vasitələrinin satışları hesabına olub.

Şirkət həmçinin bu ayın əvvəlində "Amerika üçün əl sıxma" təşəbbüsü çərçivəsində əməkdaş endirimlərini bütün amerikalılara şamil edib. Bu təşəbbüs çərçivəsində bir avtomobil üçün orta endirim 4 min dollara qədər ola bilər. Şirkət bu endirim kampaniyasını 4 iyul tarixinədək uzadıb.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin