BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69944

İnsanlar və süni intellekt modelləri düşüncə baxımından tamamilə fərqli işləyirlər. Lakin "Live Science" nəşrinin yazdığına görə, yeni bir araşdırma bu iki tərəf arasında müəyyən düşüncə oxşarlıqları olduğunu göstərib.

Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər "OpenAI"nin GPT-3.5 və GPT-4 modellərinin insan psixologiyasında yaxşı tanınan 18 kognitiv qərəzə qarşı reaksiyalarını araşdırıblar. Nəticələr göstərib ki, süni intellekt ssenarilərin yarısında qərar vermə prosesində insanlara xas olan qərəzlərin bir çoxunu nümayiş etdirib. Bu isə neyron şəbəkələrin də insan səhvlərindən sığortalanmadığını ortaya qoyur.

Tədqiqatın aparıcı müəllifi, "Ivey" biznes məktəbinin əməliyyat idarəçiliyi üzrə dosenti Yan Çen bildirib: "Menecerlər bu alətlərdən yalnız konkret və şablon həlli olan problemlərin həllində fayda əldə edə bilərlər. Əgər bu texnologiyalar subyektiv və ya şəxsi üstünlüklərə əsaslanan qərarların qəbulu üçün istifadə edilirsə, diqqətli olmaq lazımdır".

Tədqiqatçılar süni intellekt modellərinə ənənəvi psixologiyadan götürülmüş hipotetik suallar veriblər. Bu suallar, ticarətdə mal ehtiyatlarının idarə olunması və ya təchizatçılarla danışıqlar kimi real kommersiya kontekstlərinə uyğunlaşdırılıb. Məqsəd, süni intellektin yalnız insan qərəzlərini təqlid edib-etmədiyini deyil, həm də bu davranışları müxtəlif biznes sahələrinə aid suallarda sərgiləyib-sərgiləmədiyini öyrənmək olub.

Araşdırma nəticələrinə əsasən, GPT-4 riyazi baxımdan dəqiq cavab tələb edən tapşırıqlarda GPT-3.5 modelini üstələyib. O, ehtimallara və məntiqə əsaslanan ssenarilərdə daha az səhv edib. Lakin gəlir əldə etmək üçün riskli variant seçimi kimi subyektiv simulyasiyalarda bu model insanların nümayiş etdirdiyi qeyri-rasional üstünlükləri də təkrarlayıb.

Araşdırmada qeyd olunur: "GPT-4 müəyyənlik üstünlüyünü insanlardan daha güclü şəkildə göstərir".

Alimlər qeyd ediblər ki, çatbotların davranışı, sualların abstrakt psixoloji problem kimi və ya əməliyyat yönümlü biznes sualları şəklində formalaşdırılmasından asılı olmayaraq, əsasən sabit qalıb. Onların qənaətinə görə, müşahidə olunan qərəzlər yalnız öyrədilmiş nümunələrin məhsulu deyil, süni intellektin "düşüncə tərzi"nin bir hissəsidir.

Araşdırma zamanı GPT-4 modelinin bəzən insanlara xas səhvləri daha da gücləndirdiyi də vurğulanıb.

"Təsdiq qərəzinə dair tapşırıqda GPT-4 daim qərəzli cavablar verib. Həmçinin bu model, GPT-3.5 ilə müqayisədə 'isti əl' xətasına (təsadüfi hadisələrdə ardıcıllıq gözləmək meyli) daha çox meyillilik göstərib", deyə alimlər bildirib.

Yalnız süni intellektlə idarə olunan şirkət: təcrübə necə keçdi?

Daha əvvəl Karnegi Mellon Universitetinin alimləri "TheAgentCompany" adlı saxta bir şirkət yaradıblar. Bu şirkət proqram təminatı hazırlamaqla məşğul olub və onun bütün əməkdaşları tapşırıqları müstəqil yerinə yetirməli olan süni intellekt modelləri olub. Təcrübənin nəticələri isə xeyli xaotik alınıb.

Nəşrin məlumatına görə, ən yaxşı nəticəni "Anthropic" şirkətinin "Claude 3.5 Sonnet" modeli göstərib. Lakin bu modelə tapşırıqların cəmi 24 faizini yerinə yetirmək müyəssər olub. Bir tapşırığın tamamlanması üçün model orta hesabla 30 addım atmalı olub.

"Google" şirkətinin "Gemini 2.0 Flash" modeli isə hər tapşırıq üçün orta hesabla 40 addım atıb. Lakin bu addımların yalnız 11,4 faizi uğurla yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Onlarla vakansiya var

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Bu tarixlərdə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!®

Məhsulun əvvəlki qiyməti şişirdilir, sonra “endirim” edilir?

Bu duzlarda uyğunsuzluq aşkarlandı

Gömrük borcu ilə bağlı yeni qayda

Kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunur - Səbəblər

Biznesdə “3 il qaydası” nə dərəcədə keçərlidir?

Neftin qiyməti 73 dolları keçdi

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR

Ən bahalı nişan üzükləri

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

Fillərin fermentasiya etdiyi qəhvənin bir fincanı 119 manata satılır

Türk lirəsi ucuzlaşdı - Yeni məzənnə

Sumqayıtda abad məhəllələr yaradılır

"Bitcoin"in qiyməti bir az da düşdü - 104 min dollar oldu

Müasir qonaqpərvərliyin lüğəti - SƏHƏR OXUSU

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin