BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69940

"Hive Systems" informasiya texnologiya şirkəti hər il ictimaiyyətə açıq ən güclü avadanlıqlarla bir şifrənin nə qədər müddətdə qırıla biləcəyini göstərən cədvəl dərc edir. 

Valyuya.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin açıqladığı məlumatda qeyd olunub ki, yalnız rəqəmlərdən ibarət səkkiz simvolluq bir şifrə dərhal qırıla bilir.

Bu testlərdə adətən internet saytlarında istifadə olunan geniş yayılmış bir şifrələmə üsulu olan "bcrypt" ilə qorunan şifrələr yoxlanılır. Əvvəlki məlumat sızıntılarından əldə olunan məlumata görə, "bcrypt" ən çox istifadə olunan üsuldur.

Lakin bu şifrələmə üsulu tamamilə təhlükəsiz deyil və bəzi hallarda sındırıla bilər.

Ümumiyyətlə, şifrə nə qədər uzun və mürəkkəbdirsə, onu qırmaq da bir o qədər uzun vaxt aparır. Ən mürəkkəb səkkiz simvolluq şifrələrin qırılması 164 il çəkə bilər.

Digər tərəfdən, altı simvol və ya daha az olan bütün şifrələr iki həftə ərzində qırıla bilər.

"Hive Systems"in test etdiyi şifrələrin təsadüfi şəkildə yaradıldığını da qeyd etmək lazımdır.

Əgər bir şifrə daha əvvəl oğurlanıbsa, lüğətdə yer alan sözləri ehtiva edirsə və ya fərqli saytlarda təkrar istifadə olunubsa, onun qırılma müddəti azalır. 

Şifrənizin nə qədər güclü olduğunu yoxlamaq istəyirsinizsə, "How secure is my password?” (Şifrəm nə qədər təhlükəsizdir?) adlı internet saytı sizə bu barədə məlumat verə bilər.

Daha uzun şifrələr daha güclü müdafiə təmin etsə də, onları yadda saxlamaq və idarə etmək çətin ola bilər. Buna görə şifrələrinizi təhlükəsiz şəkildə saxlayan və şifrələyən parol menecerləri (parol idarəediciləri) çox məşhurdur.

Parol menecerləri hər sayt üçün unikal və mürəkkəb şifrələr yaratmağınıza imkan verir. Bu da, mümkün məlumat sızmalarında riskinizi azaldır.

Şifrəniz zəif olsa belə, əksər saytlar "brute force" (sınaq-yanılma) hücumlarını qarşısını almaq üçün cəhd məhdudiyyəti kimi təhlükəsizlik tədbirləri tətbiq edir.

Həmçinin həssas məlumatlara çıxış tələb edən platformalar adətən iki mərhələli yoxlama kimi əlavə təhlükəsizliklə ilə qorunur.

Əvvəllər şifrələri tez-tez dəyişmək tövsiyə olunurdu. Lakin bu gün mütəxəssislər güclü və unikal bir şifrə yaradıb, bu şifrə təhlükəyə düşmədiyi müddətcə dəyişmədən istifadə etməyin daha təhlükəsiz olduğunu bildirirlər. Çünki tez-tez dəyişiklik istifadəçilərin daha zəif və təkrarlanan şifrələr seçməsinə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyevdən generallarla bağlı sərəncam

10,5 milyon manatlıq dünyanın ən bahalı vizası - Nə vəd edir?

Gecə növbəsində işləməyin 5 mənfi tərəfi

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR

Bu üç qardaş ideyaları “klonlayaraq” milyardlar qazandı

Bu tibb işçiləri 9 000 manatadək cərimələnəcək

Son zəng günü hava necə olacaq?

"Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb"

AFB Bank bütün Mikro və Aqro müştərilərinin yanındadır!®

Azərbaycanda orta aylıq əməkhaqqı 1 100 manatdır

Nurlana Qasımova direktor təyin olundu

“Veteran pulu” ilə bağlı Nazirlikdən RƏSMİ cavab

“Veteran pulu” ilə bağlı Nazirlikdən RƏSMİ cavab

Bir kiloqramı 2 milyon manata yaxın “Dahong Pao” çayı - Onu qiymətli edən nədir?

Keçmiş bankir özünə yeni şirkət yaratdı

Neçə nəfərin təqaüd və müavinəti artırılacaq? - Nazir müavini AÇIQLADI

"İnstagram" yeni funksiyalar üzərində çalışır - Nə vaxt təqdim ediləcək?

Bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Onlarla vakansiya var

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Bu tarixlərdə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!®

Məhsulun əvvəlki qiyməti şişirdilir, sonra “endirim” edilir?

Bu duzlarda uyğunsuzluq aşkarlandı

Gömrük borcu ilə bağlı yeni qayda

Kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunur - Səbəblər

Biznesdə “3 il qaydası” nə dərəcədə keçərlidir?

Neftin qiyməti 73 dolları keçdi

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin