BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69871

Son illərdə nağdsız ödənişlərin artması ilə birlikdə yeni bir psixoloji anlayış da gündəmə gəlib – “cashless effect”, yəni nağdsız effekt. Bu termin insanın kartla və ya rəqəmsal üsulla pul xərclədikdə daha az tərəddüd etməsi və büdcə üzərində nəzarətin zəifləməsi ilə bağlıdır.

Mütəxəssislərin fikrincə, fiziki pul xərcləmək insan beynində real “itki hissi” yaradır. Lakin kartla və ya mobil cihaz vasitəsilə ödəniş edildikdə, bu hiss zəifləyir. Beləliklə, insanlar rahatlıqla və düşünmədən alış-veriş edirlər.

Aparılan araşdırmalar göstərir ki, nağdsız ödəniş edən insanlar, nağd pul istifadə edənlərə nisbətən 30-50 faiz daha çox xərc çəkirlər. Kart və tətbiq vasitəsilə ödənişlər zamanı məhsulun real dəyəri daha az hiss olunur. Nağd pulla müqayisədə kartla ödəniş zamanı psixoloji məsafə yaranır – insan konkret nə qədər xərclədiyini dərhal qavramır.

İqtisadçılar bildirirlər ki, “cashless effect” xüsusilə impulsiv alış-verişlərin artmasına səbəb olur. Yəni planlaşdırılmamış, anidən verilən qərarlarla alınan məhsulların sayı artır. Bu isə şəxsi maliyyə planlamasını çətinləşdirə bilər.

Marketdə eyni məhsula kartla 20 manat ödəmək insana “asandır”, amma nağd şəkildə eyni məbləği vermək daha “ağrılı” hiss oluna bilər. Mobil tətbiqlərdə alış-veriş bir kliklə tamamlandığı üçün insan nə qədər pul xərclədiyini dərhal hiss etmir. Büdcəsini yalnız kart balansı ilə idarə edənlər, bəzən ayın ortasında artıq vəsaitin bitdiyini fərq etmirlər.

Maliyyə üzrə mütəxəssislər bildirirlər ki, bu effektdən qorunmaq üçün aşağıdakı addımlar faydalıdır:
Gündəlik və ya həftəlik alış-veriş limitləri təyin edin;
Kart balansınızı mütəmadi izləyin;
Rəqəmsal ödəniş etdikdə sanki nağd pul xərcləyirmişsiniz kimi davranın;
İmpulsiv alışlardan əvvəl 5-10 dəqiqə düşünün.

Nağdsız ödənişlər həyatımızı xeyli asanlaşdırsa da, onun psixoloji təsiri də unudulmamalıdır. “Cashless effect” insanları daha rahat pul xərcləməyə yönəldir, bu isə gələcəkdə büdcə problemlərinə səbəb ola bilər. Maliyyə savadlılığının artırılması və xərclərə şüurlu yanaşma bu effekti minimuma endirə bilər.

©Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Onlarla vakansiya var

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Bu tarixlərdə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!®

Məhsulun əvvəlki qiyməti şişirdilir, sonra “endirim” edilir?

Bu duzlarda uyğunsuzluq aşkarlandı

Gömrük borcu ilə bağlı yeni qayda

Kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunur - Səbəblər

Biznesdə “3 il qaydası” nə dərəcədə keçərlidir?

Neftin qiyməti 73 dolları keçdi

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR

Ən bahalı nişan üzükləri

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

Fillərin fermentasiya etdiyi qəhvənin bir fincanı 119 manata satılır

Türk lirəsi ucuzlaşdı - Yeni məzənnə

Sumqayıtda abad məhəllələr yaradılır

"Bitcoin"in qiyməti bir az da düşdü - 104 min dollar oldu

Müasir qonaqpərvərliyin lüğəti - SƏHƏR OXUSU

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin