BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69838

Bakı Şəhər İcra Hakmiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 3 satınalma müsabiqəsinə yekun vurub. 

Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müsabiqələr Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması, Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması və Roma papası II İohann Pavel adına katolik kilsə binasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı keçirilib. 

Maraqlıdır ki, hər üç tenderin qalibi "Az.Arxitektura" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 3 030 582,2 manat, 980 462 manat və 647 712 manat təşkil edir. Beləliklə, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC "Az.Arxitektura" şirkətinə toplam olaraq 4 658 736, 2 manatlıq sifariş verib. 

"Az.Arxitektura" MMC 2019-cu ildə qeydiyyata alınıb. Şirkət 10 manatlıq nizamnamə kapitalı ilə təsis edilib. 2021-ci ildə şirkətin nizamnamə kapitalı 5010 manata qədər artırılıb. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, "Az.Arxitektura" MMC daha çox "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin keçirdiyi tenderlərin qalibi olur. Ötən il şirkət "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"in 2 470 511,66 manatlıq üç tenderinin qalibi olub. Bu da şirkətlə sözügedən MMC arasında hansısa bağlılığın olmasına şübhələri artırır. 

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra yaradılıb. Daha dəqiqi MMC 2019-cu ildə təsis edilib. "Az.Arxitektura" şirkəti də sözügedən MMC ilə eyni ildə yaradılıb və dərhal da satınalma müsabiqələrinə qatılmağa başlayıb. 

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin rəhbəri Abit Əliyevdir. O, Eldar Əzizovun yaxın adamı kimi tanınır. Eldar Əzizov hələ Gəncənin icra başçısı vəzifəsində çalışarkən Abit Əliyev onunla işləyib. Eldar Əzizov 2018-ci ildən Bakıya rəhbərlik edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Avropada qaz qiymətlərini rekord həddə yüksəldi - Nə baş verir?

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Koreyalı turistlərin Azərbaycanda ən çox gəzdiyi bölgələr - SİYAHI

Milyarderdən uğurlu olmaq üçün məsləhət - Alimlər də bunu təsdiqləyir

"Tesla" keçmiş işçisini gizli məlumatları oğurlamaqda ittiham edir

İlham Əliyevdən generallarla bağlı sərəncam

10,5 milyon manatlıq dünyanın ən bahalı vizası - Nə vəd edir?

Gecə növbəsində işləməyin 5 mənfi tərəfi

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR

Bu üç qardaş ideyaları “klonlayaraq” milyardlar qazandı

Bu tibb işçiləri 9 000 manatadək cərimələnəcək

Son zəng günü hava necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin