BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69814

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır.

Apellyasiya müraciəti yalnız imtahanda şəxsən iştirak etmiş və nəticələri elan olunmuş şəxslər tərəfindən edilə bilər. Müraciəti həmçinin həmin şəxsin valideyni və ya qanuni nümayəndəsi də təqdim edə bilər. Bu hüquq istər ali məktəblərə qəbul, istər buraxılış, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında tətbiq edilir.

Apellyasiya müraciəti cavab vərəqində iştirakçının cavabı qiymətləndirilməyibsə, avtomatik yoxlamada texniki səhvə yol verildiyi ehtimal olunursa və açıq tipli sualların (inşa, esse və s.) qiymətləndirilməsi ilə razılaşılmırsa, əsaslı hesab olunur.

Müraciət zamanı konkret suallar və iştirakçının nəyə görə həmin qiymətləndirmə ilə razılaşmadığı aydın şəkildə əsaslandırılmalıdır.

DİM bildirir ki, bəzi müraciətlər apellyasiya komissiyası tərəfindən baxılmadan geri qaytarılır. Bura sualın çətinliyi və ya quruluşu ilə bağlı etirazlar, imtahan nəticəsi rəsmi olaraq elan edilməmiş mərhələdə edilən müraciətlər, imtahan qaydalarının pozulması səbəbilə nəticəsi etibarsız sayılan şəxslərin müraciətləri və şəxsi vəziyyətlə (stress, vaxt çatışmazlığı və s.) bağlı əsaslandırmalar daxildir.

İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apellyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir.
Açıq tipli suallar üzrə müraciətlər zamanı apellyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir.

Valyuta.az Modern.az-ın Dövlət İmtahan Mərkəzindən aldığı məlumata istinadən xəbər verir ki,  bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya müraciəti edib.

Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir. 

Qeyd edək ki, apellyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Avropada qaz qiymətlərini rekord həddə yüksəldi - Nə baş verir?

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Koreyalı turistlərin Azərbaycanda ən çox gəzdiyi bölgələr - SİYAHI

Milyarderdən uğurlu olmaq üçün məsləhət - Alimlər də bunu təsdiqləyir

"Tesla" keçmiş işçisini gizli məlumatları oğurlamaqda ittiham edir

İlham Əliyevdən generallarla bağlı sərəncam

10,5 milyon manatlıq dünyanın ən bahalı vizası - Nə vəd edir?

Gecə növbəsində işləməyin 5 mənfi tərəfi

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR

Bu üç qardaş ideyaları “klonlayaraq” milyardlar qazandı

Bu tibb işçiləri 9 000 manatadək cərimələnəcək

Son zəng günü hava necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin