BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69793

Dünyanın aparıcı blokçeyn ekosistemi və ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan "Binance", Azərbaycanda ilk "Binance Community MeetUp" tədbirini təşkil edib.

Valyuta.az xəbər verir ki, bu, yaz mövsümünün ən böyük kriptovalyuta tədbiri kimi qiymətləndirilir və 1000-dən çox iştirakçını bir araya gətirib. Tədbir beynəlxalq bazar ekspertləri, yerli fikir liderləri, kripto həvəskarları və texnologiya biznesi nümayəndələri üçün açıq dialoq platforması rolunu oynayıb.

"MeetUp" regionda "Binance" tərəfindən həyata keçirilən təşəbbüslər silsiləsinin bir hissəsidir. Xüsusilə, 25-27 aprel tarixlərində "Binance Azerbaijan Offline Intensive" adlı təhsil proqramı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (C4IR Azərbaycan) ilə tərəfdaşlıqda təşkil olunub. Bu proqram çərçivəsində 162 iştirakçı blokçeyn və kriptovalyutanın əsasları üzrə təlim keçib, oflayn sessiyalarda iştirak edib və "Binance"in brend məhsullarını əldə ediblər.

Tədbirdə "Binance"in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional direktoru Kirill Xomyakov kriptovalyuta bazarının hazırkı vəziyyəti haqqında danışıb.

Onun sözlərinə görə, 2024-cü il dönüş nöqtəsi olub: sənayenin kapitallaşması 96.2% artıb, Bitcoin ETF-lərinin ümumi ticarət həcmi 650 milyard dollara çatıb, BTC-nin qiyməti isə tarixi maksimum olan 109,588 dollara yüksəlib.

Spiker institusional investorların sənayeyə artan marağına və yerli bazarın inkişafına xüsusi diqqət çəkib: “Azərbaycan Web3 xəritəsində mühüm nöqtəyə çevrilir. Bakıda keçirilən ilk "Binance Community MeetUp" tədbiri sadəcə başlanğıcdır. Biz təhsil proqramlarını genişləndirməyi, yerli startapları dəstəkləməyi və ölkənin kriptoekosistemini regionun ən güclülərindən birinə çevirməyi planlaşdırırıq".

"Binance"in MDB və Ukrayna üzrə marketinq rəhbəri Darya Xolınska isə Azərbaycanda istifadəçi fəallığının artdığını qeyd edib. Onun sözlərinə görə, 2024-cü ilin ikinci rübündə demək olar ki, hər ikinci azərbaycanlı istifadəçi kripto sənayesinə qoşulub, istifadəçilərin 22%-i isə artıq platformadan Azərbaycan dilində istifadə edir. Şirkətin Azərbaycandakı prioritetləri sırasında məhsulların lokallaşdırılması, kriptosavadlılığın inkişafı və təhsil tədbirlərinin keçirilməsi, o cümlədən oflayn intensiv proqramları və "Binance Academy" çərçivəsində yeni kursların istifadəyə verilməsi yer alır.

"Binance"in MDB, Şərqi və Mərkəzi Avropa üzrə strategiya və məhsulun hazırlanması üzrə rəhbəri Aleksey Makarov şirkətin 2024–2025-ci illərdə istifadəyə verdiyi yeni məhsullardan danışdı. Bunlar arasında "Binance Pre Market", "Spot Copy Trading", "Megadrop & Airdrop" platforması və "Binance Earn" (Launchpool, Airdrop Portal və s.) imkanları var".

Aleksey vurğulayıb ki, "Binance" məhsullarını regionun xüsusiyyətlərinə və istifadəçilərin ehtiyaclarına uyğunlaşdırmaq istiqamətində fəal fəaliyyətini davam etdirir.

Tədbirdə həmçinin "Binance"in Azərbaycandakı P2P platformasına dair yenilikləri təqdim olunub.

Buraya Azərbaycan manatı (AZN) ilə əməliyyatların əlçatanlığı, Kapital Bank və "M10" vasitəsilə ani köçürmələrin inteqrasiyası, istifadəçi verifikasiyasının təkmilləşdirilməsi və əməliyyatlar üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri daxildir.


Spiker kripto sənayədə ortaya çıxan yeni təhdidlərə də toxunub. Fişinq hücumları və honeypot sxemlərindən tutmuş generativ süni intellektin şəxsiyyətin saxtalaşdırılması və hesab hücumları üçün istifadəsinədək. İstifadəçilərə "Binance"in müdafiə alətləri təqdim olunub: iki faktorlu autentifikasiya, şübhəli əməliyyatların avtomatik izlənməsi və SAFU sığorta fondunun fəaliyyəti.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (C4IR Azərbaycan) rəqəmsal iqtisadiyyat departamentinin rəhbəri Xəyalə Fətullayeva tədbirə çıxış edərək, Azərbaycanın rəqəmsal inkişaf strategiyaları, Mərkəzin "Binance" ilə tərəfdaşlıqda həyata keçirdiyi təhsil təşəbbüsləri barədə məlumat verib. Blokçeyn və Web3 sahəsində kadr hazırlığı, "CryptoA2Z" layihəsi və beynəlxalq texnoloji şirkətlərlə əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulayıb. Spiker yerli innovativ ekosistemin və rəqəmsal savadlılığın formalaşdırılmasının dayanıqlı inkişaf üçün əsas rol oynadığını da qeyd etdi.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Bu sessiyada iştirakçılar "Binance" komandası ilə birlikdə Azərbaycanda kriptobazarın perspektivlərini, yerli tənzimləmə imkanlarını və təhsil təşəbbüslərini müzakirə ediblər.

"Binance"in MDB, Mərkəzi və Şərqi Avropa və Afrika üzrə regional direktoru Kirill Xomyakov Azərbaycanın regionda rəqəmsal transformasiyanın gələcək lideri olmaq potensialına inandıqlarını qeyd edib: 

"Burada artıq güclü bir baza formalaşıb. Texnologiyaya maraq, aktiv bir icma və innovasiyalara açıqlıq var. Məqsədimiz təkcə bazarda iştirak etmək deyil, yerli tərəfdaşlarla birlikdə infrastruktur qurmaq, bilikləri paylaşmaq və etimad mühiti formalaşdırmaqdır. Bu sadəcə ilk addımdır və əminik ki, ölkəni və yerli kriptoekosistemi güclü bir inkişaf mərhələsi gözləyir”. 

Qeyd edək ki, "Binance" dünyanın aparıcı kriptovalyuta infrastruktur təminatçısıdır və rəqəmsal aktivlərin ticarət həcminə görə ən böyük birjanı da əhatə edən bir sıra maliyyə məhsulları təqdim edir. Dünyanın hər yerindən milyonlarla insanın güvəndiyi "Binance" platforması, istifadəçilər üçün maliyyə azadlığını artırmağı qarşısına məqsəd qoymuşdur və kriptovalyuta məhsulları və xidmətlərinin misilsiz portfelini təklif edir. Bu portfelə ticarət və maliyyə xidmətləri, təhsil, məlumat və tədqiqat, xeyriyyəçilik, investisiya və startap inkubasiyası, mərkəzləşdirilməmiş texnologiyalar və digər sahələr daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin