
02.05.2025 / 21:36
Koreyadan başqa azərbaycanlı turistlər bütün ölkələrdə öz evlərində qalıblar – Siyahı
69791
Bu ilin ilk 3 ayı ərzində turizm məqsədi ilə xaricə səfər edən 279 min 151 nəfər Azərbaycan vətəndaşı başqa ölkələrdə 1 milyon 514 min 144 gecə keçirib.
Valyuta.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşları orada keçirdikləri gecələmələrin 36,7%-ni və ya 555 min 886 gecəni qohum və dostlarına, həmçinin özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərdə keçiriblər.
Gecələmələrin 20,5%-i qohum və dostların, 16,2%-i isə özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərin payına düşüb.
Cənubi Koreya istisna olmaqla, rəsmi açıqlamada yer alan elə bir xarici ölkə yoxdur ki, həmin ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının orada özünə və ailə üzvlərinə məxsus evi olmasın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay