
02.05.2025 / 15:47
Metronun “28 May” stansiyası bağlanmır - Bəxtiyar Məmmədov
69771
““28 May” stansiyası bağlanır” ifadəsi yanlışdır.
Bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu gün “28 May” stansiyası bağlanır” ifadəsinə çox rast gəlinir, lakin bu, belə deyil.
““28 May” stansiyası bağlanmır”, - Metropoliten rəsmisi əlavə edib.
Bəxtiyar Məmmədov vurğulayıb ki, metroda tunel tikintisi ilə bağlı AYNA ilə birlikdə komanda işi ortaya qoyacaqlar.
©Modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay