
02.05.2025 / 12:35
20 aptekdə nöqsan aşkarlandı
69752
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.
Qeyd olunub ki, AEM aprel ayı ərzində Bakı şəhəri üzrə 13, digər şəhər və rayonlarda isə 45 aptek olmaqla, ümumilikdə 58 apteki təftiş edib. Onlardan 56-sı planlı, biri plandankənar və digəri isə yoxlamadan kənar olub.
Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay