BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69744

"Tesla" şirkətinin Fransadakı avtomobil satışları aprel ayında ciddi şəkildə azalıb. 

Valyuta.az xəbər verir ki, elektrikli avtomobil nəhəngi olan və İlon Maskın rəhbərlik etdiyi şirkət Avropa İttifaqının üçüncü ən böyük avtomobil bazarı sayılan Fransada satışlarında ciddi geriləmə ilə üzləşib.

ABŞ prezidenti Donald Trampın milyarder müşaviri kimi də tanınan İlon Maskın idarə etdiyi "Tesla" şirkətinin satışları bu ilin aprel ayında Fransada ötən ilin eyni dövrü ilə müqayisədə 59 faiz azalıb. Fransanın avtomobil sənayesi təşkilatı PFA 2025-ci ilin əvvəlindən bəri ölkədə cəmi 7 min 556 "Tesla" avtomobilinin qeydiyyata alındığını və bunun 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 faiz daha az olduğunu bildirib.

AFP agentliyinin məlumatına görə, Avropa İttifaqının üçüncü ən böyük avtomobil bazarındakı bu azalma, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) "Tesla" satışlarının Aİ üzrə ümumilikdə birinci rübdə 45 faiz azaldığını göstərən hesabatının ardınca gəlib.

Analitiklərin fikrincə, İlon Maskın Trampa yaxın olması "Tesla"nın Avropadakı satışlarında yaşanan bu ciddi geriləmədə mümkün təsir amillərindən biridir.

Fransada aprel ayında ümumilikdə elektrikli avtomobil satışları durğunlaşıb. Ümumi avtomobil satışlarında 5,64 faiz azalma qeydə alınıb və yollara çıxan yeni avtomobil sayı 139 minə enib.

PFA-nın prezidenti Nikola Lö Biqo bildirib: "Bazarda narahatedici səviyyədəyik, satışlar Covid-dən əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Bütün bu proseslər Trampın ABŞ-da tətbiq etdiyi gömrük rüsumları ilə digər ölkələrə yönələn ticarət müharibəsi və bunun yaratdığı qeyri-müəyyənliklərlə daha da güclənir".

PFA-nın açıqlamasına görə, ABŞ-Avropa mənşəli və "Jeep", "Peugeot", "Fiat" və "Maserati" kimi markaları istehsal edən "Stellantis" qrupunun aprel ayında satışları 12 faiz azalıb. Eyni dövrdə "Renault" satışlarını 2 faiz artırıb, "Volkswagen"in satışları isə 8,5 faiz geriləyib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Avropada qaz qiymətlərini rekord həddə yüksəldi - Nə baş verir?

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Koreyalı turistlərin Azərbaycanda ən çox gəzdiyi bölgələr - SİYAHI

Milyarderdən uğurlu olmaq üçün məsləhət - Alimlər də bunu təsdiqləyir

"Tesla" keçmiş işçisini gizli məlumatları oğurlamaqda ittiham edir

İlham Əliyevdən generallarla bağlı sərəncam

10,5 milyon manatlıq dünyanın ən bahalı vizası - Nə vəd edir?

Gecə növbəsində işləməyin 5 mənfi tərəfi

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR

Bu üç qardaş ideyaları “klonlayaraq” milyardlar qazandı

Bu tibb işçiləri 9 000 manatadək cərimələnəcək

Son zəng günü hava necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin