BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
69739

Süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda bu sistemlərin hansı üsullarla qurulduğu və hansı məlumatlarla öyrədildiyi müzakirə mövzusuna çevrilib. 

Valyuta.az xəbər verir ki, "Meta" şirkətinə qarşı ABŞ-da qaldırılan “Llama” adlı dil modeli ilə bağlı məhkəmə işində isə şirkətin tətbiq etdiyi mübahisəli “ablyasiya” (texnikada bərk cismin səthindən qaz axını vasitəsilə maddə kütləsinin götürülüb-aparılmasıdır, atmosferdə metroitlərin, raket, kosmik aparatların (cihazların) böyük sürətlə hərəkəti zamanı müşahidə olunur) texnikaları və qeyri-qanuni məzmunlardan istifadə halları üzə çıxıb.

Süni intellektin gündəlik həyatdan iş mühitinədək bir çox sahədə təsiri artırdığı bir dövrdə bu texnologiyaların necə formalaşdığı, hansı məlumatlarla öyrədildiyi və bu məlumatların kimlərə aid olduğu getdikcə daha çox sorğulanır.

Şirkətlər rəqabət üstünlüyü əldə etmək üçün istifadə etdikləri məlumat mənbələrini gizli saxlayarkən, məzmun yaradıcıları və hüquqşünaslar bu texnologiyaların arxasında dayanan yaradıcı əməyin görməzdən gəlinib-gəlinmədiyini gündəmə gətirir.

İnkişaf etmiş dil modelləri romanlardan tutmuş elmi əsərlərə qədər geniş məzmun bazasından istifadə edərək insanabənzər cavablar yaradır. Bu isə müəllif hüquqları, etik prinsiplər, şəffaflıq və ədalətli təzminat kimi məsələlərin yenidən diqqət mərkəzinə çıxmasına səbəb olur.

Bu müzakirələrin mərkəzində isə “Meta” şirkətinin “Llama” adlı böyük dil modelinə dair gizli saxlanılan bəzi eksperimental araşdırmaları işıqlandıran diqqətçəkici bir məhkəmə işi dayanır. Məhkəmə sənədləri, “Meta”nın Llama modellərinin öyrədilməsində istifadə etdiyi “ablyasiya” texnikalarını və pirat məzmunların süni intellektin effektivliyinə təsirini ortaya qoyur.

ABŞ-da davam edən "Kadrey v. Meta" işində açıqlanan sənədlər, “Meta”nın Llama süni intellekt modellərini təkmilləşdirmək üçün “ablyasiya” adlandırılan eksperimentlər apardığını göstərir. Ablasiya, süni intellekt tədqiqatlarında bir sistemin müəyyən komponentlərini çıxararaq bu komponentlərin modelin performansına təsirini ölçməyə yönəlmiş analiz üsuludur.

Bu çərçivədə “Meta”, bəzi təlim məlumatlarını bilərəkdən çıxararaq onların əvəzinə “LibGen” adlı qeyri-qanuni kitab arxivindən əldə edilmiş məzmunları əlavə edib. İki fərqli təcrübə aparılıb: birincisində elm, texnologiya və fantastika kitabları, ikincisində isə yalnız fantastik ədəbiyyat istifadə olunub.

Hər iki ssenaridə performansda əhəmiyyətli artım müşahidə olunub

“Meta”nın daxili sənədlərinə əsasən, hər iki halda "Llama" modellərinin performansı nəzərəçarpacaq dərəcədə yüksəlib. Məsələn, süni intellektin informasiya və məntiq bacarıqlarını ölçən "BooIQ" testində elmi və fantastik məzmun əlavə edildikdə performans 4,5%, yalnız fantastik məzmun əlavə edildikdə isə 6% artım qeydə alınıb.

Digər bir test olan SIQA müqayisəsində bu artım 5,5%-ə çatıb. Prinston Universitetindən Piter Henderson bu nəticələri əks etdirən qrafikləri sosial mediada paylaşaraq diqqət çəkib.

Süni intellekt üzrə tədqiqatçı Nik Vinsent isə bu nəticələrin “Meta”nın təlim məlumatlarına dəyər təyin edə bildiyini və hansı məzmunun performans baxımından nə qədər önəmli olduğunu müəyyənləşdirdiyini göstərdiyini deyib. Vinsent bildirib: “Bu cür nəticələrin ictimaiyyətlə paylaşılması, məzmun yaradıcılarının hüquq iddialarını gündəmə gətirə bilər”.

Müəllif hüquqları ilə bağlı məhkəmə işləri daha mürəkkəb ola bilər

“Meta” bu təcrübələrin nəticələrini rəsmi şəkildə açıqlamasa da, daxili sənədlərdə təlim məlumatlarının modelin uğuruna təsirinin açıq şəkildə ölçüldüyü görünür. Bu isə texnologiya nəhənglərinin üzləşdiyi müəllif hüquqları ilə bağlı məhkəmə proseslərini daha da çətinləşdirə bilər.

Çünki şirkətlərin süni intellekt sistemlərini öyrətmək üçün istifadə etdikləri məzmunlara dəyər təyin etməsi, həmin məzmunların sahiblərinin təzminat tələbi irəli sürməsinə səbəb ola bilər. Vinsent bu barədə belə deyib: “Bu cür dəyər təxminlərinin yayımlanması müəllif hüquqları ilə bağlı məhkəmə işlərində böyük texnologiya şirkətlərinin müdafiə arqumentlərini zəiflədə bilər”.

“Meta”nın sözçüsü isə məsələyə dair verdiyi açıqlamada bildirib: “Llama" modelləri fərdlərin və şirkətlərin daha yenilikçi və yaradıcı olmasına kömək edir. Özümüzü güclü şəkildə müdafiə etməyə və məhsuldar süni intellektin inkişafını bütün insanlığın xeyrinə qorumağa davam edəcəyik”.

Təlim məlumatlarında gizlilik tendensiyası

"Ablyasiya" təcrübələrinin gizli saxlanması, texnologiya sektorunda son illərdə müşahidə olunan daha geniş bir tendensiyanın tərkib hissəsidir. 2017-ci ildə “Google” süni intellekt inqilabına səbəb olan tədqiqatında istifadə etdiyi məlumatları ətraflı şəkildə açıqladığı halda, bu gün şirkətlər bu məlumatları ictimaiyyətlə bölüşməkdən çəkinirlər.

Məsələn, “Meta” bu ilin aprelində təqdim etdiyi "Llama 4" modeli üçün yayımladığı model sənədində yalnız ümumi məlumat mənbələrindən bəhs edib; "ablyasiya" təcrübələri və ya istifadə olunan kitab məzmunları barədə heç bir məlumat verilməyib.

“İki dəfə ödəniş edilməlidir”

“ProRata” adlı məzmun təzminatı təşəbbüsünün baş direktoru Bill Qross “Meta” kimi şirkətlərin məlumat mənbələrini açıqlamamasının məyusedici olduğunu bildirib. O, məzmun yaradıcılarına iki dəfə ödəniş edilməli olduğunu iddia edir: “İlk olaraq, məzmun modelləri öyrətmək üçün istifadə edildikdə, ikinci olaraq isə model həmin məzmundan bir suala cavab verərkən”.

Qrossa görə, yüzdə 5 kimi kiçik görünən performans artımları belə süni intellekt sahəsində böyük əhəmiyyət daşıyır: “Süni intellektdə hər xal vacibdir. Bu qədər böyük fərq yaratmaq asan deyil”.

“Meta” 2021-ci ildə “Facebook”un yenidən brend olunması ilə ortaya çıxan texnologiya şirkətidir. Qurucusu Mark Zukerberq şirkətin adını “Meta” olaraq dəyişdirmə qərarını virtual dünya və artırılmış reallıq kimi yeni texnologiyalara yönəlmə vizionu ilə əlaqələndirib.

“Meta”, “Facebook”, “Instagram” və “WhatsApp” kimi məşhur sosial media platformalarını özündə birləşdirir. Şirkət, istifadəçilərinə daha qarşılıqlı və inteqrasiya olunmuş rəqəmsal təcrübə təqdim etməyi hədəfləyir və “Metaverse” (virtual kainat) konseptinə böyük sərmayələr yatırır. Bu sahə istifadəçilərin virtual mühitlərdə qarşılıqlı əlaqədə ola biləcəyi, oyun oynaya və sosial tədbirlərdə iştirak edə biləcəyi bir dünya olaraq tanınır.

Eyni zamanda “Meta”, süni intellekt araşdırmalarına və inkişafına da xüsusi önəm verir. Bu çərçivədə “Llama” kimi güclü dil modelləri üzərində çalışaraq təbii dil işləmə və süni intellekt tətbiqlərində lider olmağı hədəfləyir. Lakin şirkətin məlumat istifadəsi və gizlilik siyasətləri zaman-zaman tənqidlərin hədəfinə çevrilir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Onlarla vakansiya var

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Bu tarixlərdə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!®

Məhsulun əvvəlki qiyməti şişirdilir, sonra “endirim” edilir?

Bu duzlarda uyğunsuzluq aşkarlandı

Gömrük borcu ilə bağlı yeni qayda

Kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunur - Səbəblər

Biznesdə “3 il qaydası” nə dərəcədə keçərlidir?

Neftin qiyməti 73 dolları keçdi

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR

Ən bahalı nişan üzükləri

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

Fillərin fermentasiya etdiyi qəhvənin bir fincanı 119 manata satılır

Türk lirəsi ucuzlaşdı - Yeni məzənnə

Sumqayıtda abad məhəllələr yaradılır

"Bitcoin"in qiyməti bir az da düşdü - 104 min dollar oldu

Müasir qonaqpərvərliyin lüğəti - SƏHƏR OXUSU

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin