
01.05.2025 / 23:36
"Skype" mayın 5-də bağlanacaq
69724
“Skype” platforması mayın 5-də bağlanacaq.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.
“Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz”, - şirkətdən bildirilib.
Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.
Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə “Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət “Skype”a bənzər “Teams” platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay