
Səhiyyə mərkəzinin növbəti milyonluq tenderini tanış şirkətlər uddu
"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi qan və qan komponentlərinin donorluğuna dair reaktiv və reagentlərin satın alınması üçün iki şirkətlə müqavilə bağlamağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, bağlanacaq müqavilələr ümumilikdə 2,2 milyon manat dəyərindədir.
Bu çərçivədə "Albatros Heltkeyr" MMC ilə imzalanacaq müqavilənin dəyəri 1.144.509,54 manatdır. 2005-ci ildə yaradılan şirkətin qanuni təmsilçisi Anar Fazil oğlu Ağalarovdur. Şirkətin nizamnamə kapitalı 10.000 ABŞ dolları təşkil edir.
"Albatros Heltkeyr" daha əvvəl də mərkəzin 332.919,30 manatlıq tenderini udub.
Digər müqavilə isə "Labservis Ltd" MMC ilə imzalanacaq və onun dəyəri 1.146.613,87 manatdır. 1994-cü ildə qeydiyyatdan keçən bu şirkətin qanuni təmsilçisi Roza Qafar qızı Şahbazovadır. "Labservis Ltd"in nizamnamə kapitalı 2.400 manatdır.
Şirkət daha əvvəl də mərkəzin 4.668.283,10 manat, 13.764.663,56 manat və 5.128.186,23 manat məbləğində olan tenderlərini də qazanıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay