BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69687

“İşsizlikdən sığorta haqqında” Qanuna görə, bəzi hallarda işdən azad edilmiş şəxslərə pul ödənişi verilir. Bəs bu ödənişlər hansı hallarda verilir? Ödənişlər necə təyin olunur? Bu ödənişlərin müddəti nə qədərdir?

Valyuta.az xəbər verir ki, bu barədə Moderator.az-a danışan  əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki,  2018-ci il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib. Həmin qanun qüvvəyə minənədək bu məsələlər “Məşğulluq haqqında” Qanunla tənzimlənirdi:

 ““Məşğulluq haqqında” Qanuna əsasən, əmək müqaviləsinə hansı əsasla xitam verilməsindən asılı olmayaraq, şəxsin müəyyən olunmuş qaydada işsizlik müavinəti almaq hüququ var idi. Lakin 2018-ci il yanvarın 1-dən etibarən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə mindikdən sonra bu məsələ yalnız müəyyən hallarda, yəni əmək müqaviləsinə konkret əsaslarla xitam verildikdə sığorta ödənişi verilməsi ilə tənzimlənməyə başladı.

Bu hallar aşağıdakılardır:

Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi — müəssisənin ləğv edilməsi;

Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi — ştatların ixtisar edilməsi;

68-ci maddənin ikinci hissəsinin “b” bəndi — əmək müqaviləsinin müddətinin başa çatması;

68-ci maddənin ikinci hissəsinin “ç” bəndi —  müəssisə mülkiyyətçisinin  dəyişməsi;

74-cü maddənin birinci hissəsinin “b” bəndi — əvvəllər müvafiq işdə çalışan işçinin işə bərpa olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması;

74-cü maddənin birinci hissəsinin “ə” bəndi — əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra iş yerinə qayıtmaq hüququndan istifadə etməsi”.

Ekspert əlavə edib ki, hazırkı qanunvericiliyə görə, yalnız əmək müqaviləsinə müəyyən əsaslarla xitam verildiyi hallarda şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququ var. Bu sığorta ödənişi, əmək müqaviləsinə xitam verilmiş şəxslərin müəyyən dövr ərzində itirilmiş əmək haqlarının kompensasiya olunmasına xidmət edir:

 “Burada həm şəxsin əmək stajı, həm də əmək müqaviləsinə xitam verilmə əsası nəzərə alınır. Bu baxımdan sığorta ödənişinin məbləği və müddəti məsələləri qanunla tənzimlənir.

Qanuna əsasən, sığorta ödənişi:

Müvafiq hallarda üç ay və ya altı ay müddətinə verilir.

Eyni zamanda, qanunda müəyyən olunub ki, 18 yaşına çatmamış uşağı olan şəxslərin sığorta ödənişinə əlavələr edilir. Belə ki, hər bir uşaq üçün ödənişə 5 faiz əlavə olunur, lakin bu əlavənin ümumi məbləği 20 faizdən artıq ola bilməz.

Bu şərtlər nəzərə alınmaqla, yalnız qeyd olunan hallarda şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ mövcuddur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin