BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69683

Mayın 1-də Nazirlər Kabinetinin 2023-cü il 23 dekabr tarixli 451 nömrəli Qərarı ilə yaradılmış Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilmişdir.

Valyuta.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən xəbərə görə, iclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nından irəli gələn vəzifələrin icrası çərçivəsində Şura tərəfindən 2024-cü ildə görülmüş işlərin təhlil edilməsinin zəruriliyini bildirmiş, bu tədbirlərin icrasının ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin daha effektiv olmasına zəmin hazırlayacağını qeyd etmişdir. Eyni zamanda, Şura sədri Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən tərəqqi hesabatı sorğusunun göndərildiyini və hesabatın uğurla tamamlanmasının önəmini xüsusi olaraq vurğulamışdır.

İclasda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin Milli Fəaliyyət Planınında 2024-cü il üzrə nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilmiş, eyni zamanda Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməyə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunmuşdur.

İclasın yekunu olaraq, Milli Fəaliyyət Planının 2024-cü il üzrə icrası vəziyyəti barədə hesabatın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi barədə razılıq əldə olunmuş, habelə MONEYVAL tərəqqi hesabatının təqdim edilməsinə hazırlıq məqsədilə atılmalı olan növbəti addımlar müəyyən edilmiş və digər qərarlar qəbul edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin