BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69672

Minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı bir çox suallara aydınlıq gətirilib.

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov məlumat verib. O, bildirib ki, bu, maaş artımı deyil. Bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir.

Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir.

Sual verə bilərsiz, Bəs onda bu saatlıq sistem niyə ortaya çıxıb?

Cavab yenə sadədir:

Çünki iqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi “freelance” işləyir, kimisi mövsümi. Kimisi evdən çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür. Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.

Əslində, bununla dünyada olmayan nəsə kəşf edilmir, Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki Azərbaycan sahədən və xarakterindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq.

Odur ki, bu yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara, qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə və s. şamil ediləcək.

Bəs effekt? Effekt həmişə müsbət olacaqmı? Əlbəttə xeyr!

Bu proses doğru icra edilməzsə, müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də ola bilər.

Bunun ilk öncə müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli əməkhaqqı sistemi formalaşdırması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulloğu azalda və əmək münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər.

Mənfi tərəflərinə gəldikdə isə mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü yaradacaq. Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər istismara yol aça bilər. Bəzi hallarda işçilərə “aylıq yox, çağıranda gəl, saatına verərik” deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər.

Odur ki, yeni sistemin tanıdılması və başa salınması üçün uzun müddət ictimai maarifləndirmə lazımdır. Əks halda ilk dövrlərdə qarışıqlıq və qeyri-şəffaflığa meyllər arta bilər.

Əlqərəz, bu dəyişiklik əmək bazarının real vəziyyətini hüquqi sistemə uyğunlaşdırmaq üçün vacibdir. Məqsəd isə kiminsə qazanməsı və ya itirməsi deyil, sistemin adaptasiyası və çevikliyinin artmasıdır. Amma əsas odur ki, bu keçid düzgün icra olunsun, nəzarət və maarifləndirmə zəif olmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin