
01.05.2025 / 11:22
Bakıda 2 ildir bağlı olan bu bank fəaliyyətini bərpa etdi
69664
Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib.
Bu barədə filialdan məlumat verilib. Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".
©apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay