BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69662

ABŞ Maliyyə Nazirliyi ABŞ ilə Ukrayna arasında imzalanmış "iqtisadi tərəfdaşlıq" sazişi barədə açıqlama yayıb. Bildirilib ki, bu saziş indiyədək göstərilmiş hərbi və maliyyə dəstəyinə qarşılıq olaraq ABŞ-a Ukraynanın təbii resurslarına çıxış imkanı yaradacaq.

 

Valyuta.Az-ın verdiyi xəbərə görə, nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, "ABŞ-Ukrayna yenidənqurma investisiya fondu"nun yaradılmasına dair saziş imzalanıb.

Rusiyanın genişmiqyaslı işğalından sonra ABŞ xalqının Ukraynanın müdafiəsinə göstərdiyi maliyyə və maddi dəstəyə toxunulan açıqlamada vurğulanıb: "Bu iqtisadi tərəfdaşlıq iki ölkəni ortaq resurslarımızın, bacarıq və imkanlarımızın Ukraynanın iqtisadi bərpasını sürətləndirmək üçün birgə istifadəsinə və investisiya yatırılmasına yönəldir".

Məlumatda həmçinin bildirilib ki, ABŞ Prezidenti Donald Trampın (Donald Trump) rəhbərliyi ilə Maliyyə Nazirliyi və "ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyası" (DFC) bu proqramın idarə olunmasını təmin etmək və mühüm tərəfdaşlığı irəli aparmaq üçün Ukrayna ilə əməkdaşlıq edəcək.

ABŞ maliyyə naziri Skott Bessent (Scott Bessent) məsələ ilə bağlı şərhində Trampın Rusiya ilə Ukrayna arasında davamlı sülhə nail olmaq istiqamətindəki səylərini vurğulayıb.

Bessent bildirib: "Bu saziş Rusiyaya aydın şəkildə göstərir ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və rifahlı Ukraynanı mərkəzə alan bir sülh prosesinə sadiqdir."

Nazir əlavə edib ki, Tramp bu tərəfdaşlığı ABŞ və Ukrayna vətəndaşları arasında daimi sülh və rifah naminə qarşılıqlı bağlılığı nümayiş etdirmək məqsədilə nəzərdə tutub. O vurğulayıb ki, Rusiyanın müharibəsini maliyyələşdirən və ya onu təchiz edən heç bir dövlət və ya şəxs Ukraynanın yenidən qurulmasından fayda götürə bilməyəcək.

Açıqlamada yenidən vurğulanıb ki, bu saziş ABŞ-a indiyədək göstərdiyi hərbi və maliyyə dəstəyinin qarşılığında Ukraynanın təbii sərvətlərinə çıxış imkanı verəcək.

Aydın

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin