
“AzerGold” ixracdan 42,7 milyon dollar gəlir əldə edib - Rəqəmlər
Bu ilin yanvar-mart aylarında "AzerGold" QSC-nin xaricə satışdan əldə etdiyi gəlirlər 42,7 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artım deməkdir.
2024-cü ilin ilk üç ayında şirkətin ixrac gəlirləri cəmi 12,8 milyon dollar idi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 milyon dollarlıq əlavə gəlir əldə olunub.
Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay