
30.04.2025 / 22:57
Azərbaycanın Xalq rəssamı vəfat etdi
69638
Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.
Valyut.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Rəssamın uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, R.İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.
R.İsmayılov həmçinin bir neçə kitabın da tərtibatçı rəssamı olub.
Allah rəhmət eləsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay