
30.04.2025 / 22:50
Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?
69637
Bakı-Tbilisi sərnişin qatarı mayın sonunda bərpa oluna bilər.
Valyuta.az "Qafqazinfo” nun məlumatına əsasən xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Qeyd edilib ki, hələ dəqiq tarix müəyyən edilməyib, tərəflər arasında bu istiqamətdə danışıqlar davam etdirilir.
Məlumata görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay