BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69618

Bakıda "Bolt” sürücüsü müştərinin telefonunu və pulunu oğrulayıb. 

Valyuta.az Qaynarinfo-a istinadən xəbər verir ki, Elvin adlı taksi sürücüsünün müştərisi mağazaya alış-veriş etməyə gedib. Müştəri bir qədər sonra qayıdaraq Elvinə üzərində nağd pul olmadığını deyərək ondan 2 manat istəyib. Zərərçəkən əlavə edib ki, pulu kartdadır. Dediklərini əsaslandırmaq üçün telefonundakı müvafiq tətbiqi açaraq balansında vəsait olduğunu göstərib. Daha sonra telefonu maşında qoyaraq mağazaya gedib. 

Müştəri mağazaya tərəf gedərkən Elvin də maşını sürərək ərazidən uzaqlaşıb. O, müştərinin telefonundakı tətbiqdən 684 manat pulu öz kartına köçürüb. 

Ətraflı
Ad - 00:07
Bir müddət sonra Elvin törətdiyi əmələ görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama), 177.2.2 (Oğurluq -  təkrar törədildikdə) və 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Elvin özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı ona verilmiş soyğunçuluq ittihamı (180.1) götürülüb. 

Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ADA Universitetininməzunları harada iş tapa bilir?

Tramp illik bu qədər gəlir alır

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin