
30.04.2025 / 15:42
AMB hesabatları gecikdirən kredit ittifaqına məcburi göstəriş verdi
69606
Azərbaycan Mərkəzi Bankı “Sevinc Kredit İttifaqı” MMC-yə icrası məcburi göstəriş verib.
Valyuta.az-ın məlumata görə, kredit ittifaqı 2024-cü ilin I rübü üzrə hesabatlarını qanunvericilikdə nəzərdə tutulan müddətdən gec təqdim edib.
Bu, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın tələblərinin pozulması kimi qiymətləndirilib.
Nəticədə, AMB tərəfindən “Kredit İttifaqına bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”na əsasən, hesabatların vaxtında təqdim olunmasını tələb edən məcburi göstəriş tətbiq olunub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay