BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69605

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir mövcud olan standartlara əsasən verilir. Hazırda istifadə olunan format iki rəqəm (region kodu), iki hərf və üç rəqəmdən ibarətdir. Bu qaydalar "AZS 599-2015" dövlət standartı ilə tənzimlənir və ölkədə vahid qeydiyyat sisteminin formalaşdırılmasına xidmət edir. Lakin artan avtomobil sayı və yeni tələblər fonunda qeydiyyat nişanlarının daha çevik və müxtəlif kombinasiyalarla tərtib olunmasına ehtiyac yarana bilər.

Qonşu Türkiyədə tətbiq olunan sistemə nəzər saldıqda isə fərqli yanaşma müşahidə olunur:

Burada nömrələr sabit şəhər kodu ilə başlayır və daha sonra müxtəlif hərf və rəqəm kombinasiyaları ilə davam edir. Bu yanaşma nəticəsində daha uzun, daha fərqli və çoxsaylı nömrə kombinasiyaları mümkün olur. Türkiyənin böyük şəhərlərində əhalinin və avtomobil sayının yüksək olmasına baxmayaraq, bir şəhər üçün tək kodla bu tənzimləmə effektiv şəkildə həyata keçirilir.

Maraqlıdır, Azərbaycanda da avtomobil nömrələrinin daha uzun və fərqli kombinasiyalarla formalaşmasını nəzərdə tutan yeni bir sistemin tətbiqi planlaşdırılırmı?

Bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi gözlənilirmi?

Valyuta.az Milli.Az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə "avtosfer.az"a açıqlamasında bildirib ki, Bakı şəhərində əvvəllər avtomobil nömrə nişanları 10 nömrə kodu ilə verilirdi, daha sonra 90 və 99 koduna keçildi və hazırda 77 ilə davam edilir:

"Bu dəyişikliklər fonunda qeyd etmək lazımdır ki, digər ölkələrin təcrübəsində nömrə nişanlarında istifadə olunan rəqəm və hərf kombinasiyalarının müxtəlifliyi və çevikliyi müşahidə olunur. Bu da o deməkdir ki, bizdə də nömrə nişanlarının kombinasiyasının təkmilləşdirilməsi və bu istiqamətdə daha geniş araşdırmaların aparılması zəruridir.

Mövcud vəziyyətdə bir şəhərə bir neçə kodun verilməsi məqsədəuyğun görünmür. Məsələn, İstanbul kimi təxminən 15-20 milyon əhalisi olan bir şəhərdir və yalnız bir kodla, 34 nömrə kodu ilə təmsil olunur. Halbuki Azərbaycan üzrə ümumi əhali sayı belə bu qədər deyil. Buna baxmayaraq, hazırda bizim regionların hər biri üçün fərqli kodlar tətbiq edilir. Xüsusilə, paytaxt Bakı üçün artıq üç fərqli koddan istifadə olunub: əvvəlcə 10, sonra 99 və hazırda 77".

Deputat əlavə olaraq bildirib ki, əgər gələcəkdə növbəti bir koda keçid planlaşdırılırsa, bu artıq ayrı bir müzakirə mövzusudur:

"Amma hər bir halda, texniki baxımdan rəqəmlər və hərflərin konfiqurasiyası genişləndirilərək, bu dəyişiklikləri yalnız bir və ya maksimum iki kod üzərindən idarə etmək mümkündür. Bu həm sistemin daha səmərəli idarə olunmasına, həm də vətəndaşların yadda saxlaması baxımından rahatlığa səbəb ola bilər. Eyni zamanda bir şəhərin bir neçə tanıtma kodu ilə təmsil olunması məsələsi də bu şəkildə aradan qalxa bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin