
30.04.2025 / 15:15
AMB “Finoko” BOKT-a vaxtında təqdim olunmayan hesabatlara görə məcburi göstəriş verib
69602
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin aprel ayında “Finoko” Bank Olmayan Kredit Təşkilatı ASC-yə icrası məcburi göstəriş verib.
Valyuta.az xəbər verir ki, səbəb təşkilatın 2025-ci ilin I rübü üzrə prudensial hesabatlarını qanunla müəyyən edilmiş müddətdə təqdim etməməsidir. Mərkəzi Bank bu sənədlərin dərhal və gələcəkdə vaxtında təqdim olunmasını tələb edib.
Qeyd edək ki, şirkətin təsisçiləri Elçin Əliyev və Elmar Əliyev qardaşlarıdır. Onların hər birininin bu BOKT-da payı 50%-dir.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay