
“Yeganə” şadlıq sarayının rəhbərinə protokol yazıldı, məhkəmə icraata xitam verdi
Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi “Yeganə” şadlıq sarayının rəhbəri Şahin Səfərov barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddə ilə ittiham irəli sürülüb. İnzibati xətanın mahiyyəti ondan ibarətdir ki, şadlıq sarayının üzərinə müvafiq icazə olmadan reklam yerləşdirilib.
İdarə bu qanunsuzluğun aradan qaldırılması üçün şadlıq sarayının rəhbərliyinə vaxt versə də, nəticəsi olmayıb. Bu baxımdan, qurum şadlıq sarayının rəhbərini inzibati məsuliyyətə cəlb edib. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Şahin Səfərovu təqsirli bilsə də, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh tətbiq edilməyib.
“Yeganə” şadlıq sarayı “Yeganə Palace” MMC kimi qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Şahin Səfərovdur. Şahin Səfərovun özü də vergi ödəyicisidir. Yeri gəlmişkən, hazırda onun 848,78 manat, “Yeganə Palace” MMC-nin isə 60 879,81 manat vergi borcu var.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay