
Azərbaycanda avtomobil kreditləri bahalaşıb
Bu ilin ilk rübündə Azərbaycanda avtomobil krediti götürmək əvvəlki dövrlərə nisbətən bir qədər baha başa gəlib.
Valyuta.az xəbər verir ki, bu müddətdə avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12% təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 2 faiz bəndi artım deməkdir.
Digər kredit növlərində isə ciddi dəyişiklik müşahidə olunmayıb. Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün təqdim edilən kreditlərin orta faizi əvvəlki kimi 25% səviyyəsində qalıb. Eyni vəziyyət yaşayış sahələrinin təmiri məqsədilə verilən kreditlərdə də qeydə alınıb – burada faiz dərəcəsi 16% olaraq dəyişməz qalıb.
İlk rübdə diqqətçəkən digər bir məqam isə kredit kartları vasitəsilə milli valyutada təqdim olunan istehlak kreditlərindəki faiz azalması olub. Bu kateqoriyada orta illik faiz dərəcəsi ötən ilin dekabrı ilə müqayisədə 1 faiz bəndi enərək 25%-ə düşüb.
Bunun əksinə olaraq, digər növ istehlak kreditlərində isə faizlər biraz artıb. 2024-cü ilin sonuna nisbətən 1 faiz bəndi yüksələn bu göstərici hazırda 21% təşkil edir.
Maya Hüseyova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay