BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69576

Çindən idxal olunan məhsullara tətbiq edilən yüksək gömrük rüsumları nəticəsində fabrik sifarişləri azalıb. 

Valyuta.az xəbər verir ki, Çin Logistika və Satınalma Federasiyasının rəsmi sorğusuna əsasən, ABŞ prezidenti Donald Trampın Çin məhsullarına 145 faizədək gömrük vergisi tətbiq etməsi ilə əlaqədar olaraq, apreldə Çində ixrac sifarişləri zəifləyib.

AP agentliyinin məlumatına görə, Çin bəzi istisnalarla birlikdə ABŞ məhsullarına 125 faizədək vergi tətbiq edib. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri kimi yüksək texnologiyalı məhsullarda istifadə olunan bəzi strateji mineralların ixracına daha sərt məhdudiyyətlər tətbiq etmək kimi əks tədbirlər də elan olunub.

Satınalma menecerləri indeksinin (PMI) göstəricisi mart ayında 50,5 olduğu halda, apreldə 49,0-a düşərək son 16 ayın ən aşağı səviyyəsinə enib.

"Capital Economics" şirkətindən Zıçun Xuanq bildirib ki, PMI-dəki kəskin eniş, tariflərin təsirinin mənfi psixoloji amillər səbəbilə şişirdildiyini göstərsə də, xarici tələbin zəifləməsi Çin iqtisadiyyatının təzyiq altında olduğunu nümayiş etdirir.

Çin iqtisadiyyatı 2024-cü ildə illik əsasda 5 faiz səviyyəsində sabit artım göstərib və hakim Kommunist Partiyası bu il üçün də təxminən eyni səviyyədə artım hədəfi qoyub.

Trampın ticarət müharibəsini dərinləşdirməsi və istehsalçıları ABŞ-a istehsalı köçürməyə məcbur etmək üçün daha yüksək tariflər tətbiq etməsi vəziyyəti dəyişib.

İqtisadçılar bu və gələn il üçün Çin iqtisadiyyatına dair proqnozlarını aşağı salıblar. "Capital Economics", 2025-ci ildə Çin iqtisadiyyatının yalnız 3,5 faiz artacağını proqnozlaşdırır.

Çinin bəzi ixraclarının başqa ölkələrə yönləndirilməsi mümkün olsa da, Trampın ticarət müharibəsi ABŞ-da tənəzzül riskini artırıb və bu prosesin qlobal iqtisadiyyata təsir edəcəyi gözlənilir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin