
Avropa aviasiya nəhəngin birinci rübdə 249 milyon zərər edib
Fransa-Niderland mərkəzli aviasiya qrupu "Air France-KLM" bu ilin birinci rübündə 249 milyon avro (283 milyon dollar) xalis zərər etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 500 milyon avrodan çox zərərlə müqayisədə azalma deməkdir.
AFP agentliyinin xəbərinə görə, şirkət 2024-cü ilin ilk rübündə dövriyyəsinin 8 faiz artaraq 7,2 milyard avroya çatdığını bildirib. Qrup itkilərin azalmasını səyahət tələbinin davam etməsi və yanacaq qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirib.
Yanvar-mart dövründə sərnişin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 21,8 milyon nəfərə çatıb.
Qrupun baş direktoru Bencamin Smit yay mövsümünə olan bilet satışlarının şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına töhfə verdiyini vurğulayıb.
Şirkət əlavə edib ki, may-iyun aylarında Avropadan ABŞ-a edilən səyahət rezervasiyaları ötən illə müqayisədə 2,4 faiz azalsa da, ABŞ şəhərlərindən Avropaya olan bilet satışları 2,1 faiz artıb.
"Air France-KLM" 2025-ci ildə yanacaq xərclərinin 2024-cü ildəki 7,3 milyard avrodan 6,7 milyard avroya enəcəyini proqnozlaşdırır.
Şirkət 2024-cü ildə təyyarə çatışmazlığı, güclü dollar və Olimpiya Oyunları zamanı insanların Parisdən uzaq durması səbəbindən çətinliklərlə üzləşib. Bu hallar nəticəsində illik xalis mənfəət 317 milyon avro ilə məhdudlaşıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay