BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69569

Dünya Bankı (DB) neftin qiyməti ilə bağlı proqnozunu endirib.

Bildirilib ki, 2025-ci ildə Brent markalı neftin orta qiymətinin 64 ABŞ dolları/barel olacağı proqnozlaşdırılır. Bu da 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır. 2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Başqa sözlə, Dünya Bankı mart ayı ilə müqayisədə bu il üzrə neftin qiymət proqnozunu 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb. Belə ki, Bankın mart ayı üzrə proqnozu müvafiq olaraq 72 və 71 dollar təşkil edib.

Qeyd edilib ki, DB-nin yeni proqnozu artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bunun nəticəsində 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb.

Dünya Bankının analitiklərinin hesablamalarına görə, qlobal neft təklifinin 2025-ci ildə günlük 1,2 milyon barel artacağı gözlənilir. Bu da 2024-cü ildəki artımın təxminən ikiqatıdır və bununla qlobal istehsal günlük 104,2 milyon barel səviyyəsinə çataraq bütün zamanların ən yüksək göstəricisinə yüksələcək. 2026-cı ildə isə bu göstəricinin əlavə 1,0 milyon barel artacağı proqnozlaşdırılır. Baza ssenarisinə əsasən, geopolitik hadisələrdən qaynaqlanan əlavə təchizat pozuntularının olmayacağı və OPEC+ daxilində razılaşdırılmış kvotalara əməl edilməklə daxili birliyin qorunacağı güman edilir.

"Enerji qiymətlərindəki dalğalanmaların son illərdə inflyasiyada ciddi dəyişikliklərə səbəb olduğu bir şəraitdə, neft qiymətlərinin gözlənilən azalma tendensiyası proqnoz dövründə ümumi qiymət təzyiqlərini zəiflədəcək. Enerji qiymətlərinin enməsi, 2025-ci ildə qlobal istehlak qiymətləri inflyasiyasını 0,35 faiz bəndi azaldacaq" - hesabatda əlavə edilib.

©apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin