BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69555

4500 illik tarixə malik Giza piramidaları uzun illərdir ki, turistlər tərəfindən UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan bu kompleksin vəziyyətinə görə kəskin tənqid olunurdu. Turistlər xüsusilə heyvanlara qarşı qəddarlıq, idarəetmədə nizamsızlıq, israrlı satıcılar və həddən artıq izdihamdan narazılıqlarını bildirirdilər. 

Valyuta.az "Daily Express"ə istinadən xəbər verir ki, Misirin ən tanınmış tarixi abidələrindən biri olan Giza piramidaları təqribən 51 milyon dollar məbləğində vəsaitlə bərpa olunacaq.

rəsmi qurumlar bildiriblər ki, layihəni "Orascom Pyramids Entertainment Services" şirkəti həyata keçirəcək. Bərpa prosesi çərçivəsində bir neçə məzar otağının yenilənməsi, onlayn bilet sisteminin tətbiqi və ziyarətçilər üçün mərkəzin modernləşdirilməsi planlaşdırılır.

Hazırda şirkət artıq müəyyən dəyişikliklərə başlayıb. Belə ki, kompleks ərazisindən şəxsi avtomobillər və tur avtobusları tamamilə yığışdırılıb. Artıq turistlər əraziyə yalnız Fayum şossesi tərəfindən hər beş dəqiqədən bir hərəkət edəcək 45 xüsusi elektrik avtobusu ilə daxil ola biləcəklər. Əvvəllər istifadə olunan "Marriott Mena House" mehmanxanasının yaxınlığındakı giriş isə bağlanıb.

Bundan əlavə, "People for the Ethical Treatment of Animals" (PETA) təşkilatının apardığı son araşdırma, bu ərazidə heyvanlara qarşı mütəmadi olaraq qəddarlıq hallarının baş verdiyini üzə çıxarıb.

PETA-nın vitse-prezidenti Ceyson Beyker bildirib: "PETA piramidalar yaxınlığında at və dəvələrin mütəmadi olaraq döyüldüyünü, təpikləndiyini, qamçılanaraq aclıqdan əzab çəkdiyini sənədləşdirib. Bu heyvanlar ölümə qədər işlədilir və sonra zibil kimi çölə atılır. Giza piramidaları Misirin gözəlliyini və tarixi simvolizə etməlidir, amma bu vəziyyət heyvanlara qarşı qeyri-insani münasibətin simvoluna çevrilib. Misir hökuməti əziyyət çəkən bu heyvanları Giza ərazisindən kənarlaşdırmaq üçün tədbir görməlidir".

Mənbə: Qaynarinfo.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin