BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69498

Amazon şirkəti uzun müddət gözlənilən Kuiper layihəsi çərçivəsində internet təminatı üçün nəzərdə tutulan ilk 27 peykini Floridadan orbitə göndərib.

Valyuta.az xəbər verir ki, bu hadisə "Amazon"un kosmosdan internet xidməti sahəsində "SpaceX"-in "Starlink" şəbəkəsi ilə rəqabətə başlamasının rəsmi startı hesab olunur.

Belə ki, “Kuiper” layihəsi çərçivəsində “Amazon” 3 236 peyk buraxmağı planlaşdırır. 2019-cu ildə təqdim edilən və 10 milyard dollar dəyərində olan layihə fərdi istifadəçilərə, biznes qurumlarına və dövlət orqanlarına qlobal internet xidməti göstərməyi hədəfləyir. İlk 27 peykdən ibarət dəstə "United Launch Alliance" tərəfindən idarə olunan "Atlas V" raketi ilə Cape Canaveral Kosmik Qüvvələr Stansiyasından buraxılıb.

“Kuiper” layihəsi "Amazon"un ən iri təşəbbüslərindən biridir və şirkət bununla "Starlink", "AT&T" və "T-Mobile" kimi qlobal telekommunikasiya şirkətləri ilə rəqabət aparır. Xidmət əsasən kənd və ucqar bölgələrdə internetə çıxışı yaxşılaşdırmaq məqsədi daşıyır.

“Amazon” peyklərin buraxılışında gecikmə yaşasa da, 2026-cı ilin ortalarına qədər orbitdə 1 618 peyk yerləşdirmək üçün ABŞ Federal Rabitə Komissiyası tərəfindən təyin olunan müddətə riayət etməyə çalışır. Şirkət ilin sonuna qədər ilk xidmətlərini təqdim etməyi planlaşdırır.

"ULA" şirkətinin baş direktoru Tori Bruno bildirib ki, bu il daha beş “Kuiper” missiyası həyata keçirilə bilər. “Amazon”un sənədlərinə görə, 578 peyk orbitə çıxarıldıqdan sonra bəzi şimal və cənub bölgələrində xidmətə başlanılacaq.

“Amazon”un veb xidmətlər və bulud texnologiyaları sahəsindəki təcrübəsi, "Kuiper" layihəsinə bazarda əlavə üstünlük verə bilər. Şirkət 2023-cü ildə iki sınaq peykini uğurla buraxıb və 2024-cü ildə orbitdən çıxarıb.

"SpaceX" 2019-cu ildən bəri orbitə 8 000-dən çox "Starlink" peyki buraxıb və hazırda 125 ölkədə 5 milyondan çox istifadəçiyə xidmət göstərir. Həftəlik peyk buraxılışları şirkətə qlobal peyk rabitəsi bazarında üstün mövqe qazandırıb.

“Amazon”un İcraçı Sədri Ceff Bezos isə bildirib ki, internetə olan tələbat heç vaxt doymayacaq və "Starlink"lə yanaşı "Kuiper"in də uğurlu olacağına inanır.

Şirkət həmçinin "Kuiper" layihəsi üçün LP vinil disk ölçüsündə və "Kindle" cihazına bənzər peyk antenaları hazırlayıb və on milyonlarla belə cihazı 400 dollardan aşağı qiymətə satmağı planlaşdırır.

“Amazon” layihə üçün "ULA", "Arianespace" və "Blue Origin" şirkətləri ilə ümumilikdə 83 raket buraxılışı üçün müqavilə imzalayıb ki, bu da kosmik sənayedə ən böyük raket sifarişi hesab olunur.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin