
29.04.2025 / 09:23
PAŞA Sığorta-nın rəhbərliyində dəyişiklik olub
69475
PAŞA Sığortanın İdarə Heyəti sədrinin müavini Tural Əliyev PAŞA Property Management şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.
Şirkətdən verilən məlumata görə, Tural Əliyev PAŞA Sığorta şirkətində 17 ildən artıq fəaliyyət göstərərək müxtəlif rəhbər vəzifələrdə çalışıb və bu müddət ərzində şirkətin inkişafında mühüm rol oynayıb. O, PAŞA Sığortanın bazardakı mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib.
Tural Əliyev PAŞA Sığortadakı vəzifəsindən ayrılaraq, 1 may 2025-ci il tarixindən etibarən yeni vəzifəsini icra edəcək.
©apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay