BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69428

Paytaxtın müxtəlif küçə və prospektlərində müxtəlif vaxtlarda asfalt örtüyünün çökməsi müşahidə olunur. Belə hallar Babək, 8 Noyabr prospektlərində bir neçə dəfə təkrarlanıb.

Valyuta.az xəbər verir ki, Ölkə.Az yollarda çökmələrin səbəbini araşdırıb.

Əsasən, asfalt örtüyünün çökməsi 6 səbəbdən baş verə bilər. Bu səbəblər arasında yeraltı kommunikasiya xətləri, yolun alt təbəqəsinin düzgün bərkidilməməsi, ağır yük maşınlarının yoldan daimi keçməsi, geoloji səbəblər, zəif drenaj sistemi və asfaltın keyfiyyətsizliyi yer alır.

Azərbaycanda yolların niyə çökməsini sual etdikdə isə dövlət qurumu birmənalı olaraq yer altından keçən kommunikasiya xətlərini əsas gətirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli avtosfer.az-a danışarkən “Bakıda yollar niyə çökür?” sualına cavab olaraq bildirib ki, çökmə həmin yolların keyfiyyətsiz tikilməsi anlamına gəlmir:

“Xüsusən iri şəhərlərdə kommunikasiya xətləri sırf küçə və prospektlərin altı ilə çəkilir. Onlarda hər hansısa xırda bir problem olduqda, bu, özünü asfalt-beton örtüyündə büruzə verir və çökmə qeydə alınır”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Ölkə.Az-a açıqlamasında deyib ki, yolun altından təkcə su xətləri deyil, eyni zamanda tullantı xətləri də keçir. Onun sözlərinə görə, çökmələrə səbəb vaxtı keçmiş borulardır:

"Bu xətlərin bir çoxu istismar müddəti bitən 60-70 il bundan əvvəl çəkilən xətlərdir. Həmin xətlərdə qəza hallarının baş verməsi ehtimalı daha çox olur. İstismar müddəti bitdiyinə görə, hər hansı xətdə qəza hadisəsi baş verən zaman yolun altında olduğuna görə, asfalt qatına da mənfi təsir göstərir. 

Təbii ki, müvafiq sukanal idarəsinin əməkdaşları da gəlib qəzanı aradan qaldırırlar, qaydalara görə, əgər asfaltdırsa, yenidən bizim dəstəyimizlə ora asfalt çəkilir, yəni pulunu biz ödəyirik. Yox, əgər torpaq qatıdırsa, torpaq qatı saxlanılır, qum, çınqıl tökülür".

C.Musaoğlu yerin altındakı istismar xətti bitən boruların yenilənməsi barədə də danışıb:

"Bu xətlər zaman-zaman yenilənir, amma belə xətlər çoxdur. Ona görə bunu birdən-birə dəyişmək həm texniki, həm də infrastruktur baxımından mümkün olmur. 

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Əvəz Salamov isə Ölkə.Az-a danışarkən geoloji tədqiqat işlərinin əhəmiyyətinə diqqət çəkib:

"Yolların çökməsi ilə bağlı deyilənlərdə müəyyən qədər həqiqət payı var. Amma bir məsələ var ki, yol çəkiləndə gərək əvvəlcədən geoloji tədqiqat işləri aprılsın. Bu ona görə lazımdır ki, harada çökmə ola bilərsə, bu əvvəlcədən bilinsin və müəyyən tədbirlər həyata keçirilsin. Bu məsələ həll olunarsa, belə hadisələrin sayı da azlar. Mən dəqiq bilmirəm ki, yollar çəkilərkən belə tədqiqat işləri aparılır ya yox. Yəqin ki, bu işlər görülür. Bəlkə də keyfiyyət istənilən səviyyədə olmur. 

Yollar elə yerlərdən keçir ki, müəyyən qırılma zonalarını kəsib gedir. Bunlar da təbii ki, atmosfer yağıntılarının toplayıb yolun altından keçirir. Yol ağır yüklü maşınlara görə də çökə bilər. Çünki yolun alt qatları yağış suları ilə islanır, qrunt öz keyfiyyətini itirir. Bütün bunlar təbii ki, yolların çökməsində böyük rol oynayır. 

Yollarda təmir işləri normal aparılmır. Necə təmir aparılır ki, ora yenidən su daxil olur? 

Təmir məsələsini hərə bir cür başa düşür. Ola bilər ki, təmir zamanı yeraltı suyu bilavasitə hansısa bir boruya ötürürsən və yola təhlükə törətmədən o suyu yolun altından çıxara bilirsən. Ya da təmir elə aparıla bilər ki, suyun 50%-i yenə qrunta gedir, 50%-i çıxır. Yol tikintisi mürəkkəb bir məsələdir. Onu gərək tam dəqiqliyi ilə yerinə yetirəsən. Gərək əvvəlcədən çox dəqiq miqyaslı işlər aparılsın ki, məsələ tamam aydınlaşsın. Yol çəkəndə ərazidə hansı zəif nöqtələr varsa nəzərə alınmalıdır". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp illik bu qədər gəlir alır

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin