Redaktor
Bu gün 52 minə yaxın şagird buraxılış imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, bu gün Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 18-dən etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3 931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4 890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi cəlb edilib.
Bu imtahanda 51 min 908 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 74 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025