BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69343

İlon Maskın xAI şirkətinə məxsus nəhəng superkompüter Tennessee ştatının Memfis şəhərində ekoloji qalmaqalın mərkəzindədir. Mütəxəssislər havanı çirkləndirən onlarca qeydiyyatsız qaz turbini aşkarlayıblar.

Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Maskın şirkəti superkompüterin enerji təchizatı üçün gizli şəkildə 35 metan turbini quraşdırıb, halbuki əvvəlcə yalnız 15 turbin üçün müraciət etmişdi. Memfis meri Pol Yanq uzun müddətdir xAI-nın şəhərdəki fəaliyyətini dəstəkləyən şəxs kimi, şirkətin bütün qaz generatorlarından istifadə etmədiyini iddia edir. Lakin peyk şəkilləri onun sözlərini təkzib edir.

"Colossus" adlı superkompüter böyük AI modellərinin (o cümlədən yeni "Grok 3" modelinin) təlimi üçün istifadə olunur və ölçüsü 13 futbol sahəsini əhatə edən binada yerləşir. Mask artıq obyektin ölçüsünü iki dəfə artırmaq planlarını açıqlayıb. Şirkət yerli elektrik şəbəkəsindən 150 MVt enerji çəksə də (bu, 100 min məişət üçün kifayətdir), sabit iş üçün qaz turbinlərini işə salmağa məcbur olub. Səbəb isə gərginlik dalğalanmalarıdır.

Lakin, problemi rəsmi yollarla həll etmək əvəzinə, xAI qanuni bir boşluqdan istifadə edib: yerli qanunvericiliyə görə, generatorlar 364 gündən çox fasiləsiz işləmədikdə, icazə olmadan müvəqqəti istifadəyə icazə verilir.

Ekoloji təşkilatlar xəbərdarlıq edir ki, xAI-ın yaxınlığında yerləşən yaşayış məntəqələrində əhalinin sənaye çirklənməsi ilə uzun müddətdir mübarizə aparır. Bu rayonlarda xərçəng və astma xəstəliklərinin yüksək səviyyədə olduğu, orta ömür uzunluğunun isə şəhərin digər hissələrinə nisbətən aşağı olduğu qeydə alınıb.

Şelbi Sağlamlıq Departamenti, Ətraf Mühit Mühafizə Agentliyi və xAI bu barədə şərh verməkdən imtina ediblər. Lakin ekoloji aktivistlərin təzyiqi və hüquqi risklər şirkəti yanaşmasını dəyişməyə məcbur edə bilər. Turbinlərin istismarının davam etdirilməsi yalnız cərimələrlə yox, həm də ciddi reputasiya itkiləri ilə nəticələnə bilər - xüsusən də texnoloji layihələrin ekoloji təsirinə artan ictimai diqqət nəzərə alınmaqla.

Xatırladaq ki, İlon Musk yaxınlarda "Grok 3" çatbotunun yeni versiyasını təqdim edərək onun riyaziyyat və proqramlaşdırma daxil olmaqla bütün əsas testlərdə "ChatGPT", "DeepSeek" və digər rəqibləri üstələdiyini iddia edib.

Eyni zamanda, Mask proqnozlaşdırır ki, 2025-ci ilin sonuna qədər AI istənilən insandan daha ağıllı olacaq. 2030-cu ilə qədər isə AI-nın bütün insanların ümumi intellektini üstələmə ehtimalı 100%-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Müəllimlərin sertifikasiyasının keçiriləcəyi imtahan mərkəzlərinin SİYAHISI

Möminə xatun türbəsi restavrasiya olunacaq

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə reklamlar gəlir

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? (AÇIQLAMA)

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin