BAKU Azərbaycan
16.23°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69287

Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib. Fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.

Nazirlik 2 həftə öncə 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi.

Bəs, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

Valyuta.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

Əvvəlla, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib. Belə ki, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək. Çünki depozit gəlirlərində 7.04 faizədək azalma var. Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır.

İkincisi, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların sayı ilə bağlıdır. Bu dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb. Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər.

Ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır. Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur. Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir.

Üçüncüsü, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə.

Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

İki il əvvəl yaradılan bu şirkət borc içindədir

QR kod ilə ödəniş etmək RİSKLİDİR

MSK-ya məxsus “Mercedes Benz” hərraca çıxarılır

Avropada bu yay vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər (SİYAHI)

Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub

Şəmkirdə ət dükanları bağlanıb? - İcra hakimiyyətindən AÇIQLAMA

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin