BAKU Azərbaycan
15.4°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69256

Müasir dövrdə gənclər həyatın ən fəal, amma eyni zamanda ən həssas dövrlərindən birini yaşayırlar. Təhsil, səyahət, yeni təcrübələr və karyera planları ilə dolu bu mərhələdə, gözlənilməz hadisələrə qarşı maddi və fiziki riskləri artırmış olur. Bu səbəbdən, sığorta məhsulları gənclər üçün təkcə risklərdən mühafizə deyil, həm də dayanıqlı həyat qurmaq üçün mühüm alətə çevrilib. 

Valyuta.az xəbər verir ki, Modern.az-a açıqlamasında sığorta məsələləri üzrə ekspert Emin Allahverdiyev söyləyib ki, gənc vətəndaşlar həyatlarının ən məhsuldar və inkişaf yönümlü dövrünü yaşadıqları üçün onları hər cür riski minimuma endirəcək sığorta alətləri ilə təmin etmək vacibdir. Sığorta məhsulları yalnız gözlənilməz hadisələrin nəticələrini yüngülləşdirmir, eyni zamanda tələbələrə və gənclərə daha inamlı və planlı gələcək qurmaq imkanı verir:

"Gənclər və tələbələr, xüsusilə xarici ölkələrdə təhsil alanlar, müxtəlif risklərlə qarşılaşa bilirlər. Bunlara qəfil xəstəlik, baş vermiş hər hansı bir qəza və ya hüquqi məsuliyyət hallarını sadalamaq olar. Tələbələrin əksər hissəsinin gənclər olduğunu da nəzərə alaraq gənclər və tələbələrin daha çox istifadə etdiyi səyahət (səfər) sığortası, fərdi qəza sığortası, təhsil sığortası və könüllü tibbi sığorta və kredit həyat sığortası kimi sığorta məhsullarını qeyd etmək olar",

O bildirib ki, xarici ölkəyə təhsil almaq üçün gedən və orda yaşayan şəxsin səyahət (səfər) sığortasından istifadə etməsi onu səyahətdə olduğu müddət ərzində qəfil xəstəliklər və ya qəza nəticəsində tibbi yardımla bağlı xərclərinin qarşılanmasını təmin edəcək. Bundan başqa bu sığorta məhsulu ilə zəruri hallarda tibbi mərkəzlərə və xəstəxanalara təxliyə edilməsi kimi tibbi daşınma xərclərinin də qarşılanması mümkündür:

"Eyni zamanda, səyahət sığortası əldə etmiş şəxs sığorta şəhadətnaməsində aviaşirkətin səhvi ucbatından uçuşunun gecikməsi, baqaj itkisi və ya zədələnməsi üzrə təminatlarda əldə edə bilər. Əslində kifayət qədər geniş təminatlar təqdim edən bu sığorta məhsulunun sığorta haqları verilmiş təminatlara görə aşağı və əlçatandır"

Emin Allahverdiyev söyləyib ki, Şengen ərazisinə 10 günlük bir səfər edən şəxs təxminən 15-20 manat ödəməklə, 30.000,00 avroluq bir təminat əldə edə bilir. Və ya 365 günlük bir təminat üçün Şengen ərazisi üzrə 30.000,00 avroluq bir təminat üçün cəmi 250 manat ödəməklə təminat əldə etmək mümkündür. Təbii ki, bu könüllü sığorta növü olduğu üçün sığorta şirkətlərində sığorta haqları dəyişkən ola bilər.

Bundan başqa şəxsin fərdi qəza sığorta məshulu ilə özünü sığorta etməsi mümkündür ki, bu da 24 saat ərzində şəxsin gözlənilməz hallar nəticəsində sağlamlığına zərər dəyməsi ilə nəticələnən bədbəxt hadisələr üzrə sığortalanmasını mümkün edir. Əlbəttə ki, bu hadisələr bəzən bədən xəsarəti ilə, eyni zamanda şəxsin əmək qabiliyyətinin itirilməsi ilə nəticələnə bilir. Məhz bu sığorta məhsulu əldə edən şəxslər əmək qabiliyyətinin itirilməsi, əlillik və ya ölüm halından sığorta təminatı verir.

Bəzən isə gənclər öz istehlak imkanlarını genişləndirmək və ya öz təhsili ilə əlaqədar yeni imkan və imtiyazlar əldə etmək üçün istehlak kreditlərinə müraciət edir. 

Əlbəttə ki, kreditlərin verilmə şərtləri və onların ödənilməsi üzrə öhdəliklər götürən şəxsin bəzən öz öhdəliklərini yerinə yetirə bilməməsi halları da olur. Belə olduğu təqdirdə Kredit həyat sığortası kimi vacib sığorta məhsulu yada düşür. Bu sığorta məhsulu ilə kiçik məbləğlərlə sığorta haqqı ödəməklə, götürülmüş öhdəliklər üzrə kreditin ödənilməsində yaranan çətinliklərdə sığorta mexanizminin araya girməsi və sığorta ödənişi üzrə borcların ödənilməsi təmin edilir. Bu sığorta növünün əsas təminatlarında şəxsin sığorta hadisəsi nəticəsində əmək qabiliyyətinin itirilməsi halları baş verməli və belə məqamlarda şəxs öz öhdəliklərini yerinə yetirə bilməməlidir. Kredit həyat sığortası ölüm və ya əlillik halında, borc alanları və onların ailələrini maliyyə yükündən azad edərək, ödənilməmiş kredit öhdəliklərinin yerinə yetirilməsini təmin edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

İki il əvvəl yaradılan bu şirkət borc içindədir

QR kod ilə ödəniş etmək RİSKLİDİR

MSK-ya məxsus “Mercedes Benz” hərraca çıxarılır

Avropada bu yay vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər (SİYAHI)

Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub

Şəmkirdə ət dükanları bağlanıb? - İcra hakimiyyətindən AÇIQLAMA

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin