BAKU Azərbaycan
16.23°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69239

"Xalq Sığorta" ASC-nin xalis mənfəəti ötən il kəskin azalıb. 

Valyuta.az xəbər verir ki, sığorta şirkəti 2024-cü ili 4,79 milyon xalis mənfəətlə bitirib ki, bu da əvvəlki ilə nisbətən 2,6 dəfə və ya 7,67 milyon manat azdır. Halbuki, “Xalq Sığorta” 2023-cü il üzrə 12,47 milyon manat xalis mənfəət açıqlamışdı.  

Ötən il "Xalq Sığorta"nın cəmi gəlirləri 2023-cü ildəki 42,8 milyon manatdan 28,8 milyon manata enib. Bu isə gəlirlərin bir ildə 13,9 milyon manat və ya 32,6% azalması deməkdir. 

Sığorta şirkətinin cəmi xərcləri isə 2023-cü ildə 31,83 milyon olduğu halda 2024-cü ildə 24,8 milyon manata enib. Başqa sözlə, şirkət xərclərini ötən il 6,96 milyon manat və ya 21,8% azaldıb. 

Cəmi gəlirlərdəki azalma həcmi, cəmi xərclərdəki azalmanı üstələdiyi üçün "Xalq Sığorta"nın xalis mənfəəti də azalıb. 

Bundan əlavə, 2023-cü ildə "Xalq Sığorta"nın cəmi gəlirlərinin daha yüksək olması xalis sığorta ehtiyatlarının 16,2 milyon manat müsbət dəyişikliyi ilə əlaqədar olub.  Ötən il isə şirkətin xalis sığorta ehtiyatlarında 2,8 milyon manat mənfi dəyişiklik baş verib.

Ümumilikdə “Xalq Sığorta” 2023-cü ilə nisbətən ötən il əməliyyatını pis idarə edib. Belə ki, əməliyyat mənfəəti də 2,8 dəfə azalaraq 3,96 milyon manata enib. 2023-cü ildə sığorta şirkətinin əməliyyat mənfəəti 11 milyon manat təşkil etmişdi. 

Maraqlıdır ki, şirkət son iki ili mənfəətlə bitirsə də, mənfəət vergisi ödəməyib.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

İki il əvvəl yaradılan bu şirkət borc içindədir

QR kod ilə ödəniş etmək RİSKLİDİR

MSK-ya məxsus “Mercedes Benz” hərraca çıxarılır

Avropada bu yay vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər (SİYAHI)

Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub

Şəmkirdə ət dükanları bağlanıb? - İcra hakimiyyətindən AÇIQLAMA

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin