BAKU Azərbaycan
16.56°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69238

Avropa İttifaqı "Apple" və "Meta"ya 700 milyon avro məbləğində cərimə tətbiq etdi

Valyuta.az xəbər verir ki, Avropa İttifaqı rəqabət qaydalarını pozduqları iddiası ilə texnologiya nəhəngləri olan "Apple" və "Meta" şirkətlərinə ümumilikdə 700 milyon avro cərimə tətbiq edib. "The Wall Street Journal" nəşrinin məlumatına görə, bu qərar 2024-cü ilin martında qüvvəyə minmiş Rəqəmsal bazarlar aktı (DMA) çərçivəsində verilən ilk böyük cərimələr arasında yer alır.

"Apple"a 500 milyon avro cərimə tətbiq olunub. Avropa Komissiyası "Apple" şirkətini tətbiq tərtibatçılarının istifadəçiləri alternativ ödəniş metodları barədə məlumatlandırmasına mane olmaqda ittiham edir. Komissiyanın açıqlamasında bu halın rəqabəti pozduğu, tətbiq tərtibatçılarının daha sərfəli şərtlərlə xidmət təqdim etməsinə mane olduğu qeyd olunub.

"Meta" isə 200 milyon avro cərimə edildi. "Meta" şirkəti isə istifadəçiləri şəxsi məlumatları əsasında reklam göstərilməsinə razı olmaq və ya ödəniş etmək məcburiyyəti qarşısında qoymaqda günahlandırılıb. Avropa İttifaqı bu yanaşmanın istifadəçilərə real seçim haqqı tanımadığını, məxfiliyin ciddi şəkildə pozulduğunu bildirib.

Buna qarşı olaraq, "Apple" yayımladığı bəyanatda Avropa Komissiyasının qərarını ədalətsiz adlandırıb və bu qərarın həm istifadəçi məxfiliyini, həm də məhsul təhlükəsizliyini təhdid etdiyini bildirib. "Meta"nın beynəlxalq əlaqələr üzrə rəhbəri Coel Kaplan isə Avropa İttifaqını Amerikalı şirkətlərə qarşı ayrı-seçkilik, Avropa və Çin mənşəli rəqiblərə isə güzəştli münasibət göstərməkdə ittiham edib.

Hər iki texnologiya nəhəngi tətbiq edilən cərimə qərarlarını apelasiya qaydasında məhkəməyə təqdim etməyi planlaşdırır.

Belə ki, qərarların ABŞ ilə Avropa İttifaqı arasında ticarət münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf etməsi də diqqətdən yayınmayıb. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının texnoloji sahədə tətbiq etdiyi tənzimləmələri “ticarətə mane olan gizli rüsumlar” adlandıraraq, qarşılıq olaraq gömrük rüsumlarının artırılması ilə hədələdiyini açıqlamışdı.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda 157 mənzil satışa çıxarıldı - Ödəniş 954 manatdan başlayır

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu

Borclularla bağlı yeni QAYDA

“5 000 manat maaş alıram, oradan nə qənaət edib maşın ala bilərəm?” - Səyyad Aran

PUB restoranı 1,450,000 manatla satışa çıxarılıb

İşsizlik səviyyəsinin aşağı olduğu 14 ölkə - SİYAHI

İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

Azərbaycanda istiliyin verilmə vaxtı dəyişdirilir

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb

Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar

Taksilərlə bağlı yeni tələblər - Dəyişikliklər var

"Formula 1" "Sea Breeze"dəki süni adada keçiriləcək

Əmək pensiyaları ilə bağlı yenilik - Qanun Dəyişir

2 milyon manata bağça satılır

2 milyon manata bağça satılır

1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub

Dünyanın ən zəngin aşpazları - İlon Maskın qardaşı 500 milyon dollarla ikincidir

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

​Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun

Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb

Bakı məktəblərində monitorinq başlayır - Tarix Açıqlandı

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olundu

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

10-11-ci siniflər üçün 767 min manatlıq dərslik nəşr ediləcək

Bakının bu ərazisində bulvar salınacaq

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin